Vakansiya haqqında
FAB Şirkətlər Qrupu komandamıza Təftiş üzrə Mütəxəssis axtarır!
Müştərilər üzrə (B2B) mal qalıqlarının, hesablaşmaların, debitor borclarının və sənədləşmənin düzgünlüyünün yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və onların aradan qaldırılmasına nəzarət istiqamətində çalışacaq peşəkar əməkdaş axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Müştərilər üzrə (B2B) mal qalıqlarının, hesablaşmaların və müvafiq sənədlərin düzgünlüyünü yoxlamaq;
- Müştərilərlə üzləşmə aktlarının (sverka aktlarının) hazırlanmasını, təqdim edilməsini və imzalanmasını təmin etmək;
- Müştərilərə təhvil verilmiş məhsullar, mal qalıqları və hesablaşmalar üzrə məlumatların faktiki və uçot məlumatları ilə uyğunluğunu yoxlamaq;
- Debitor borclarını mütəmadi olaraq monitorinq etmək, xüsusilə vaxtı keçmiş borcları nəzarətdə saxlamaq;
- Hesablaşmalar, mal qalıqları və sənədlər üzrə uyğunsuzluqları müəyyən etmək və onların yaranma səbəblərini araşdırmaq;
- Aşkar edilmiş fərq və nöqsanları sənədləşdirərək rəhbərliyə təqdim etmək;
- Yoxlamaların nəticələrini sənədləşdirmək və müvafiq hesabatlar hazırlamaq;
- Müştərilər, satış, logistika və maliyyə bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək;
- Müştərilərlə hesablaşmalar və debitor borcları üzrə müvafiq kommunikasiya və danışıqları həyata keçirmək;
- Yoxlamaların aparılması məqsədilə rayon və regionlara mütəmadi ezamiyyətlərdə iştirak etmək.
Namizədə tələblər
- Cins: Kişi;
- Ali və ya orta ixtisas təhsili;
- Təftiş, audit, daxili nəzarət, mühasibatlıq və ya əlaqəli sahələrdə iş təcrübəsi;
- MS Excel proqramı ilə yaxşı işləmək bacarığı;
- Analitik düşünmə və məlumatları təhlil etmə bacarığı;
- Detallara yüksək diqqət və dəqiqlik;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Problemləri müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Regionlara mütəmadi ezamiyyətlərə hazır olmaq.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təftiş üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
E
Dünən
Komplayens departamenti/Xidmət keyfiyyətinin uyğunluğu şöbəsi / mütəxəssis
Express Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
24 Avqust 2026
Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi
Azərbaycan Mikro Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
21 Avqust 2026
Operativ Nəzarət üzrə mütəxəssis (Bakı)
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
18 Avqust 2026
Bölmə rəhbəri / Daxili Nəzarət Şöbəsi
AzerGold CJSC • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
O
18 Avqust 2026
Əməliyyatlara Nəzarət üzrə Mütəxəssis (Mingəçevir)
OBA marketlər şəbəkəsi • Mingəçevir
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
17 Avqust 2026
Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi
MJ Finance • Bakı
Tam Ştat
1300 ₼Müraciət et