C

Carlsberg Azerbaijan

Son tarix: 20 Noyabr 2026

Təhlükəsizlik xidmətinin əməkdaşı - Carlsberg Azerbaijan

İnzibati İşlərBakıTam Ştat20 Oktyabr 202666

Müsahibə əsasında

Vakansiya haqqında

İş şəraiti:

  • Şirkətin təklifi: Nahar, və rəqabətədavamlı kompensasiya paketi.
  • İş qrafiki: Növbəli iş qrafiki (xidmət müqaviləsi).
  • İş yeri: Xırdalan şəhəri, Şamaxı şossesi.

Əsas vəzifə öhdəlikləri:

  • Obyektlərdə təsdiq edilmiş buraxılış rejimini təmin etmək, o cümlədən sənədləri yoxlamaq;
  • Obyektə daxil olan və obyektdən çıxan şəxslərə, eləcə də əraziyə gətirilən və ərazidən çıxarılan yüklərə nəzarət etmək;
  • Şirkətin ərazisində əməkdaşların və ziyarətçilərin həyat və sağlamlığını qorumaq;
  • Qəza və fövqəladə hallara operativ reaksiya vermək və şirkətin ərazisində təhlükəsizliyi təmin etmək;
  • Oğurluq və digər qanunazidd hərəkətlərin qarşısını almaq.

Namizədlərə dair tələblər:

  • Ali və ya orta ixtisas (texniki) təhsili;
  • Təhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilmək; ingilis dili biliyi üstünlükdür;
  • İdmançı bədən quruluşu.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Mühafizə və təhlükəsizliyin monitorinqinin əsasları üzrə biliklər;
  • Diqqətlilik;
  • Stressə davamlılıq;
  • Növbəli iş qrafiki ilə işləməyə hazırlıq;
  • Məsuliyyətlilik.

Əlaqə:

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı və məsuliyyətli vəzifəyə müraciət etmək istəyirsinizsə, zəhmət olmasa, CV-nizi aşağıdakı keçid vasitəsilə göndərin:

Nəzərə alın ki, yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiyalar