P

PromexTech AZ

Son tarix: 25 İyul 2026

Telesatış (Ağır texnika və xüsusi texnika üzrə)

İnşaat və MemarlıqBakıTam Ştat26 İyun 202696

1200

Vakansiya haqqında

Satış sahəsində inkişaf etmək, iri müştərilərlə işləmək və gəlirinizə birbaşa təsir etmək istəyirsinizsə, komandamıza qoşulun!

Vəzifə öhdəlikləri:

  • Ağır texnika və xüsusi texnika üzrə müştərilərə telefon vasitəsilə məsləhət vermək
  • Daxil olan müraciətləri qəbul etmək və emal etmək
  • Mövcud müştəri bazası ilə işləmək və yeni müştərilərlə əlaqə yaratmaq
  • Müştərilərin ehtiyaclarını müəyyən etmək və uyğun həllər təklif etmək
  • Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin müşayiət olunması
  • CRM sistemində məlumatların qeydiyyatını və hesabatların aparılmasını təmin etmək
  • Satış planının icrasını təmin etmək və yüksək nəticələr əldə etmək

Tələblər:

  • Telefon satışları və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
  • Müştərilərlə effektiv ünsiyyət və münasibət qurmaq bacarığı
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Nəticəyönümlü və yüksək gəlir əldə etməyə motivasiyalı olmaq
  • Məsuliyyətli, təşəbbüskar və intizamlı olmaq
  • CRM sistemləri ilə işləmək bacarığı.
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək
  • Ağır texnika, avtomobil, sənaye avadanlıqları və ya əlaqəli sahədə təcrübə üstünlük hesab olunur

Şirkət təklif edir:

  • Sabit əmək haqqı və aylıq bonus sistemi
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • Mobil rabitə xərcləri şirkət tərəfindən qarşılanır.
  • Peşəkar və karyera inkişafı imkanları
  • Məhsul üzrə təlim və adaptasiya dövründə dəstək
  • Stabil və inkişaf edən şirkətdə çalışma imkanı
  • Peşəkar və mehriban kollektiv

Əmək haqqı: 1200 AZN-dən başlayaraq (sabit əmək haqqı + satış nəticələrinə əsasən bonuslar)

İş qrafiki: 5/2, saat 09:00 – 18:00

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar, e-mail ünvanına gələn CV-lərə baxılacaq.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq mövzu hissəsinə “Telesatış” qeyd edib göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar