"

"KHANİ-GULİYEV" MMC

Son tarix: 23 Oktyabr 2026

Təmir və Fit-out üzrə Texniki Nəzarət Mütəxəssisi

İnşaat və MemarlıqBakıTam Ştat23 Sentyabr 202658

2000

Vakansiya haqqında

- *5 günlük iş həftəsi, 10:00–19:00*

- Ofis: *Bakı Ağ Şəhər*

- İş həm ofisdə, həm də obyektlərdə aparılır

- Yanacaq xərcləri şirkət tərəfindən ödənilir

- Hər layihə üzrə nəticəyə və keyfiyyətə əsasən əlavə bonus

- Əmək haqqı müsahibə zamanı müəyyən edilir

Tələblər:

- Yaş: *30+*

- Minimum *5 il aktiv obyekt təcrübəsi*

- Dizayn layihəsi və işçi çertyojları oxuma bacarığı

- Elektrik, santexnika və ümumi təmir işləri üzrə yaxşı texniki bilik

- *MS Excel-də hesabat hazırlamaq bacarığı*

- Podratçı və briqada rəhbərləri ilə tələbkar və peşəkar kommunikasiya

- Şəxsi avtomobilin olması mütləqdir

Vəzifə öhdəlikləri:

- Təmir və fit-out işlərinin layihə və çertyojlara uyğun icrasına nəzarət;

- Hər iş mərhələsinin podratçı və ya briqada rəhbərindən texniki qəbulu;

- Qüsurlu və layihəyə uyğun olmayan işlərin düzəldilməsinə nəzarət;

- Zərurət olduqda briqadaların iş ardıcıllığının koordinasiyası;

- Eyni zamanda bir neçə layihəyə nəzarət;

- İş qrafiki, keyfiyyət və deadline-ların izlənməsi;

- Görülmüş işlər üzrə gündəlik/həftəlik hesabatların hazırlanması.

Oxşar vakansiyalar