Müsahibə əsasında
Vakansiya haqqında
Yeni Çinar Kafesi MMC
• “Təmizlik işçisi” vəzifəsinə yüksək
təcrübəli namizəd axtarır;
• Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini
[email protected] ünvanına göndərmələri xahiş olunur;
• Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər:
Müvafiq sahədə 1-2 il təcrübəsinin olması;
Müxtəlif təmizlik məhsulları və avadanlıqlardan istifadə etməyi bacarmalı;
Sanitar-gigiyenik normalara riayət etmək;
Digər əməkdaşlarla nəzakətli və anlayışlı ünsiyyət qurmaq;
Vəzifə öhdəlikləri:
İşə başlamazdan öncə gündəlik yoxlama cədvəlinə uyğun olaraq əraziyə baxış
keçirilməsi, müvafiq qeydlərin aparılması və günlük iş bölgüsü əsasında təmizlik işlərinin aparılması;
Restorana aid qapalı ərazidə və çöl ərazilərində təmizlik işlərinin həyata keçirilməsi, o cümlədən, döşəməni süpürüb-silmək, pəncərə və qapıları
təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq;
Əl və ya mexaniki təmizləmə avadanlıqlarından istifadə edərək otaqların,
dəhlizlərin, pilləkənlərin və digər sahələrin təmizlənməsi (məsələn, moplar, tozsoranlar, döşəmə təmizləyiciləri və s. vasitəsilə);
Döşəmə, mebel, pəncərə və digər səthlərin silinməsi və dezinfeksiya olunması;
Sanitar qovşaqların müntəzəm təmizlənməsi və dezinfeksiya olunması, sabun dispenserlərinin doldurulması və boş kağız, dəsmal rulonlarının dəyişdirilməsi;
Müxtəlif səthlərdə təmizləyici məhsulların təhlükəsiz şəkildə istifadə olunmasını təmin etmək;
Qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarına ciddi riayət etmək;
Təmizlik avadanlıqlarının qaydalara uyğun olaraq saxlanmasını təmin etmək;
Baş verən çatışmazlıqlar və ya təmir ehtiyacları barədə rəhbərinə məlumat vermək;
Tullantıların toplanması və zibil qutularının boşaldılması;
Oxşar vakansiyalar
Sənədləşmə üzrə mütəxəssis
Aqromarket Servis MMC • Bakı
İnzibati işlər üzrə koordinator
Construction Equipment Services MMC • Bakı
Ofis meneceri
İNTEKO MMC • Bakı
Layihə Meneceri
Bebio • Bakı
Xadimə
Biola • Bakı
Xadimə
Özüm • Bakı