A

Amper Elektrik

Son tarix: 8 Avqust 2026

Tender mütəxəssisi

Logistika və TəchizatAbşeronTam Ştat8 İyul 202671

1500

Vakansiya haqqında

Tender mərhələsi

  • Dövlət və özəl satınalma portallarında (məsələn, etender.gov.az) elanların gündəlik monitorinqi
  • Şirkətin fəaliyyət sahəsinə uyğun tenderlərin seçilməsi və analiz edilməsi
  • Tender sənədlərinin (texniki tapşırıq, spesifikasiya və s.) ətraflı araşdırılması
  • Uyğunluq analizinin aparılması (şirkətin tələblərə cavab verib-verməməsi
  • Lazımi arayışların və sənədlərin (vergi, bank, lisenziya və s.) toplanması
  • Tender portalına sənədlərin düzgün və vaxtında yüklənməsi
  • Sifarişçi tərəfindən verilən sualların cavablandırılması
  • Tender prosedurlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət

Tender udulduqdan sonra (Full proses idarəetməsi)

Müqavilə və hüquqi mərhələ

  • Tender nəticələrinə əsasən müqavilənin hazırlanmasına və razılaşdırılmasına nəzarət
  • Müqavilə şərtlərinin (çatdırılma müddəti, ödəniş şərtləri və s.) yoxlanılması
  • Müqavilənin imzalanma prosesinin koordinasiyası
  • Sifarişçi ilə rəsmi yazışmaların aparılması

Kommunikasiya və sorğuların idarəsi

  • Portal və e-mail vasitəsilə daxil olan sorğuların operativ cavablandırılması
  • Yaranan problemlərin araşdırılması və həll yollarının təqdim edilməsi
  • Müştəri ilə davamlı əlaqənin saxlanılması
  • Layihə üzrə statusların izlənməsi və hesabat verilməsi

Təchizat və logistika

  • Tender üzrə tələb olunan malların siyahısının hazırlanması

Satış və uçot (ERP sistemi)

  • Malların ERP sisteminə daxil edilməsi (məsələn, 1C:Enterprise)
  • Satış sənədlərinin hazırlanması (qaimə, hesab-faktura və s.)
  • Mühasibatlıq ilə koordinasiya
  • Maliyyə əməliyyatlarının izlənməsi

Hesabat və bağlanış

  • Tender layihəsinin yekun hesabatının hazırlanması
  • Müqavilə öhdəliklərinin tam icrasına nəzarət
  • Sifarişçinin qəbul aktlarının alınması
  • Layihənin bağlanması və arxivləşdirilməsi

İş Şərtlərimiz:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı 1500 azn + faiz
  • 5 günlük iş rejimi  
  • Ünvan: Abşeron Ticarət Mərkəzi

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Tender mütəxəssisi” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Oxşar vakansiyalar