Caspian Expert Group MMC
Tender mütəxəssisi
Müsahibə əsasında
Vakansiya haqqında
“Caspian Expert Group” MMC tender və dövlət satınalmaları sahəsində praktiki təcrübəsi olan Tender mütəxəssisi axtarır.
Vakansiya tender prosesinin sənədləşmə, prosedur və elektron təqdimetmə hissəsini müstəqil idarə edə bilən namizədlər üçündür.
Məhsullar üzrə kommersiya qiymətləri və texniki təkliflər şirkətin təchizatçıları tərəfindən təqdim olunur. Tender mütəxəssisinin əsas vəzifəsi həmin məlumatların tenderin şərtlərinə uyğunluğunu yoxlamaq, tələb olunan sənədləri düzgün hazırlamaq və tender təklifini vaxtında təqdim etməkdir.
Əsas vəzifələr
- Dövlət və korporativ qurumlar tərəfindən elan olunan tenderlərin izlənilməsi;
- Tender üzrə şərtlər toplusunun, texniki tapşırığın və iştirak tələblərinin tam və diqqətlə öyrənilməsi;
- Tenderdə tələb olunan hüquqi, maliyyə, kvalifikasiya və digər sənədlərin siyahısının müəyyən edilməsi;
- Tender sənədlərinin tələb olunan forma və qaydada hazırlanması;
- Təchizatçılardan daxil olan qiymət və texniki məlumatların tender tələblərinə uyğunluğunun yoxlanılması;
- Təklif məktublarının, forma və cədvəllərin düzgün doldurulması;
- Elektron satınalma platformalarında sənədlərin düzgün və vaxtında yüklənilməsi;
- Tender təklifinin son təqdimetmə tarix və saatlarına ciddi nəzarət edilməsi;
- Tender təminatı, bank zəmanəti və müqavilənin icra təminatının alınması üçün banklarla işin təşkili;
- Bank zəmanətlərinin tender sənədlərində göstərilən məbləğ, müddət və mətn tələblərinə uyğunluğunun yoxlanılması;
- Tender komissiyası tərəfindən göndərilən sorğu, izahat və dəqiqləşdirmə tələblərinin izlənilməsi və cavabların hazırlanması;
- Tender nəticələrinin izlənilməsi;
- Qalib tenderlər üzrə müqavilə sənədləşməsinin koordinasiyası;
- Tender sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və reyestrinin aparılması.
Namizədə əsas tələblər
- Tender və dövlət satınalmaları sahəsində minimum 2–3 il real iş təcrübəsi;
- Dövlət satınalmalarının elektron sistemi ilə sərbəst işləmək bacarığı;
- Tender şərtlər toplusunu diqqətlə oxuyaraq bütün tələb və riskləri müəyyən edə bilməsi;
- Tender üçün tələb olunan sənədlərin müstəqil şəkildə hazırlanması təcrübəsi;
- Bank zəmanəti, tender təminatı və müqavilənin icra təminatı prosedurlarını bilməsi;
- Hüquqi və kvalifikasiya sənədləri ilə işləmək bacarığı;
- Elektron tender sisteminə sənədlərin düzgün formatda və vaxtında yüklənilməsi üzrə praktiki təcrübə;
- Word, Excel, PDF və elektron sənədlərlə sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı ünsiyyət və sənəd hazırlamaq bacarığı;
- Yüksək diqqətlilik və məsuliyyət;
- Son tarixlərlə işləmək və eyni vaxtda bir neçə tenderi nəzarətdə saxlamaq bacarığı.
Xüsusilə üstünlük veriləcək
- Dövlət satınalmaları üzrə çoxsaylı tenderlərdə iştirak etmiş namizədlərə;
- Bank zəmanətlərini müstəqil şəkildə təşkil etmiş şəxslərə;
- Tender şərtlər toplusunda olan uyğunsuzluqları və riskləri əvvəlcədən müəyyən etmək bacarığı olanlara;
- Elektron satınalma sistemində tender təklifini başdan sona müstəqil təqdim etmiş şəxslərə;
- Tender komissiyaları ilə rəsmi yazışma və izahat prosedurlarında təcrübəsi olanlara.
Bu vakansiya kimlər üçün uyğun deyil?
Tender sahəsində yalnız nəzəri məlumatı olan və praktiki olaraq tender təqdim etməmiş namizədlərin müraciət etməməsi xahiş olunur.
Həmçinin:
- yalnız hazır sənədləri sistemə yükləmiş;
- tender şərtlər toplusunu müstəqil təhlil edə bilməyən;
- bank zəmanəti prosedurunu bilməyən;
- tələb olunan sənədlərin tamlığını yoxlamaqda çətinlik çəkən;
- son təqdimetmə tarixlərinə və sənəd dəqiqliyinə ciddi yanaşmayan namizədlər bu vəzifə üçün uyğun hesab edilmir.
Müraciət zamanı
CV ilə birlikdə aşağıdakı suallara qısa cavab verilməsi xahiş olunur:
- Son 2 il ərzində şəxsən neçə tender təklifi hazırlayıb elektron sistemə təqdim etmisiniz?
- Hansı elektron satınalma platformalarında işləmisiniz?
- Bank zəmanətinin alınması prosesini özünüz idarə etmisinizmi?
- Tenderin şərtlər toplusunu təhlil edib çatışmayan və ya riskli məqamları müəyyən etdiyiniz konkret bir nümunəni qısa qeyd edin.
- Bir tender təklifini sənədlərin hazırlanmasından elektron təqdimetməyədək tam şəkildə müstəqil idarə edə bilirsinizmi?
Bu suallara cavab verilməyən müraciətlərə baxılmaya bilər.
Əməkhaqqı namizədin praktiki təcrübəsi və peşəkar səviyyəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
Planlama və satınalma üzrə mütəxəssis / aparıcı mütəxəssis
Baku Electronics • Bakı
Anbar və Logistika üzrə Kiçik Koordinator
Sigma Technical Services • Bakı
Satınalma və Təchizat üzrə Mütəxəssis (İnşaat sahəsi)
Detal Construction • Bakı
Head of Operations
Minvolt MMC • Bakı
Sürücü
Gemza Group • Bakı
Təchizatçı
Strata • Bakı