A

Art Right MMC

Son tarix: 21 Avqust 2026

Tender üzrə mütəxəssis

Marketinq və SatışBakıTam Ştat21 İyul 202688

800

Vakansiya haqqında

Şirkət: "Art Right" MMC

Ünvan: Bakı şəhəri

İş qrafiki: Tam iş günü (09:00 dan - 18:00 dək), 5 günlük iş həftəsi

Əmək haqqı: 1000 - 1400AZN (Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək)

Müraciət qaydası:

Müvafiq tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Tender üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər:

  1. Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq və ya Biznesin idarə edilməsi sahələri arzuolunandır)
  2. Tender sahəsində minimum 1-3 il aktiv iş təcrübəsi
  3. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununu mükəmməl səviyyədə bilmək
  4. Elektron dövlət portalları ilə sərbəst işləmək bacarığı
  5. Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və ya İngilis dili bilikləri arzuolunandır
  6. MS Office proqramlarından (xüsusilə MS Excel) yüksək səviyyədə istifadə bacarığı
  7. Diqqətlilik, analitik düşünmə və komandada işləmək qabiliyyəti

Vəzifə öhdəlikləri:

  1. Dövlət və özəl qurumlar tərəfindən elan olunmuş tenderlərin gündəlik izlənilməsi və təhlili
  2. Elektron satınalmalar portalı (etender.gov.az) vasitəsilə müraciətlərin edilməsi və tender prosedurlarının idarə olunması
  3. Tender şərtlərinə uyğun olaraq tələb olunan hüquqi, maliyyə və texniki sənədlər paketinin tam və vaxtında hazırlanması
  4. Kommersiya və texniki təkliflərin hazırlanması, qiymət araşdırmasının aparılması
  5. Müvafiq dövlət və özəl strukturlarla, eləcə də tərəfdaşlarla rəsmi yazışmaların həyata keçirilməsi
  6. Tender nəticələrinin analizi və rəhbərliyə hesabatların təqdim edilməsi

Oxşar vakansiyalar