A
AZTECH
Tender üzrə mütəxəssis
Vakansiya haqqında
Namizədə dair tələblər:
- Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı ifadə qabiliyyəti (ingilis və rus dilində basic səviyyə arzuolunandır)
- Ali təhsil;
- Tenderlər üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanunu və satınalma
prosedurları üzrə biliklər; - Müqavilə hüququ və satınalma sənədlərinin hazırlanması sahəsində biliklər;
- Tender sənədlərinin hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı;
- etender.gov.az portalından sərbəst istifadə bacarığı;
- MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilmək;
- Maya dəyərinin hesablanması, qiymət təkliflərinin hazırlanması və bazar təhlili bacarığı;
- Bank qarantiyaları və tender təminatları ilə işləmək təcrübəsi;
- Analitik düşüncə, məsuliyyətlilik və işdə dəqiqlik, ünsiyyətcillik
Vəzifə öhdəlikləri:
Tenderlərin monitorinqi və təhlili:
- Dövlət və özəl satınalma platformalarında (o cümlədən etender.gov.az) şirkətin fəaliyyət sahəsinə uyğun tender elanlarını gündəlik izləmək;
- Tender şərtlərini təhlil edərək şirkətin iştirak imkanlarını qiymətləndirmək;
- Tender sənədlərində texniki, maliyyə və hüquqi tələbləri araşdırmaq.
Tender sənədlərinin hazırlanması:
- Tenderin Əsas Şərtlər Toplusunu (Şərtnaməni) ətraflı öyrənmək;
- İştirak üçün tələb olunan bütün sənədləri toplamaq və hazırlamaq;
- Sənədləri müvafiq platformalara vaxtında təqdim etmək.
Müqavilələrin idarə olunması və hesabatlılıq:
- Tender nəticələrini izləmək və təhlil etmək;
- Qazanılmış tenderlər üzrə müqavilələrin hazırlanması və imzalanması prosesində iştirak etmək;
- Tender sənədləri üzrə aylıq hesabatlar hazırlamaq.
İş şəraiti
- Əmək haqqı:
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: 5 günlük iş həftəsi (10:00 – 18:00)
Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “TENDER ÜZRƏ MÜTƏXƏSSİS" adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız iş təcrübəsi olan və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
N
Bugün
Field Promoter / Offline Promotion Specialist
NexBirlik • Bakı
Tam Ştat
700 ₼Müraciət et
Ə
Bugün
Rieltor
Əmlakçı • Bakı
Tam Ştat
20000 ₼Müraciət et
E
Bugün
Руководитель отдела маркетинга
Empire by Asthetik Lab • Bakı
Tam Ştat
3000 ₼Müraciət et
S
Bugün
Bazar Araşdırması üzrə Mütəxəssis
Superfon • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Digital Marketing Specialist
Bloom Group • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
L
Bugün
Marketinq üzrə mütəxəssis
Luxconcept • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et