A
Avrora
Tender və Müqavilələr üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Potensial podratçılar və təchizatçıların əvvəlcədən kvalifikasiyasını aparmaq;
- Tender dəvətlərini vermək, tender paketini hazırlamaq və bütün tender prosesini idarə etmək;
- Təklifləri kommersiya və texniki cəhətdən qiymətləndirmək;
- Tender qiymətləndirmə hesabatlarının və tender qalibinin təyin edilməsi üçün tövsiyələri hazırlamaq;
- Əsas müqavilələri yekunlaşdırmaq və imzalamaq;
- Bütün layihə müqavilələrini (əsas müqavilə, altmüqavilələr, təchizat müqavilələri) hazırlamaq, yoxlamaq və idarə etmək;
- Verilmiş arxitektura və mühəndislik çertyojlarına əsasən layihənin əhatə dairəsinə nəzarəti təmin etmək;
- Materiallar, avadanlıqlar və podratçılar üçün təchizat müqavilələrini idarə etmək;
- Çatdırılma qrafiklərinin və texniki tələblərə uyğunluğun monitorinqini etmək;
- Aralıq və yekun ödənişləri yoxlamaq və təsdiqləmək;
- Xərcləri büdcə və müqavilə dəyərləri ilə izləmək;
- Sifarişçi, podratçılar, məsləhətçilər və digər maraqlı tərəflər arasında əsas əlaqə vasitəsi kimi çıxış etmək;
- Daimi kommersiya və müqavilə hesabatlarını vermək;
- Layihənin yekunlaşdırılması, yekun hesablaşmalar, “as-built” sənədlər və zəmanətləri idarə etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan və ingilis dili bilikləri (Rus dili əlavə üstünlükdür)
- Yüksək səviyyədə Excel və Word bilikləri ;
- Layihənin İdarə Edilməsi üzrə Peşəkar (PMP) sertifikatları arzuolunandır;
- Kommunikasiya bacarığı;
- Komanda ilə işləmək bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi:
- Təhsil: Ali təhsil (Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə, Logistika, Təchizat İdarəçiliyi və ya Hüquq sahələri üzrə)
- Tender və ya satınalma sahəsində 3 ildən yuxarı iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Nahar təminatı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender və Müqavilələr üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
S
Bugün
Daxili yük daşıma sürücüsü
Sahil Transport MMC • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
P
Bugün
Satınalma üzrə Kiçik Mütəxəssis
PROES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Dünən
Anbar təftişi
Sirab Satış və Dağıtım MMC • Abşeron
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Dünən
Satınalma mütəxəssisi
Construction Equipment Services MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
A
Dünən
Satınalma üzrə mütəxəssis
ArchiCO • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Dünən
Təchizat
Construction Equipment Services MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et