M

Mpay MMC

Son tarix: 15 Oktyabr 2026

Terminalların yerləşdirilməsi üzrə aparıcı təmsilçi

Marketinq və SatışBakıTam Ştat16 Sentyabr 202658

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Region üzrə terminal şəbəkəsinin effektiv idarə olunmasını təmin etmək.
  • Terminalların şirkətin maraqlarına uyğun məkanlarda və əlverişli şərtlərlə quraşdırılmasına nəzarət etmək.
  • Tabeliyində olan əməkdaşların işini təşkil etmək, fəaliyyətinə nəzarət etmək və görülən işlərin keyfiyyətini qiymətləndirmək.
  • Əməkdaşları mütəmadi olaraq təlimatlandırmaq və zəruri məlumatları vaxtında çatdırmaq.
  • Terminal quraşdırılması ilə bağlı daxil olan müraciətləri yönləndirmək və onların hesabatını aparmaq.
  • Müqavilələrə əlavələrin, sazişlərin və aktların vaxtında imzalanmasını təmin etmək.
  • Plastik kartların və aylıq icarə ödənişlərinin vaxtında çatdırılmasına nəzarət etmək.
  • Terminal şəbəkəsinin idarə olunması üzrə qrup rəhbərinin təqdim etdiyi blanklar əsasında aylıq hesabatlar hazırlamaq.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Namizədə qoyulan tələblər

  • Yaş həddi: 25–45 yaş
  • Ali təhsil.
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
  • Satış sahəsində iş təcrübəsi (üstünlükdür).
  • Analitik düşünmə və problemləri operativ həll etmə bacarığı.
  • Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
  • Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı.
  • Əməyin mühafizəsi qayda və normalarına riayət etmək.
  • Partnyorlar və müştərilərlə işin təşkili və idarə edilməsi prinsiplərini bilmək.

İş şəraiti

  • Təyin olunmuş ərazi üzrə fəaliyyət.
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00–18:00).
  • Əmək haqqının 15 gündən bir ödənilməsi.
  • Tibbi sığorta.
  • Nahar təminatı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar