I

Ikma Machinery

Son tarix: 21 Oktyabr 2026

Texnika üzrə Satış Mütəxəssisi

Marketinq və SatışBakıTam Ştat21 Sentyabr 202679

Müsahibə əsasında

Vakansiya haqqında

Öhdəliklər:

  • Ağır tikinti və xüsusi texnika (ekskavator, yükləyici, qazma qurğuları və s.) üzrə satış strategiyasının hazırlanması və icrası 
  • Yeni bazar seqmentlərinin araşdırılması, korporativ müştərilərin cəlb edilməsi və əsas müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması 
  • Kommersiya təkliflərinin hazırlanması 
  • İri həcmli müqavilələr üzrə danışıqların aparılması, bağlanması və ödəniş intizamına nəzarət 
  • Bazar və rəqib analizi, tələbata uyğun model/portfel təkliflərinin hazırlanması, satınalma bölməsi ilə əlaqələndirmə 

Tələblər:

  • Ali təhsil (texniki, iqtisadiyyat və ya biznesin idarə edilməsi istiqaməti üstünlükdür)
  • Analoji sahədə (ağır texnika, ehtiyat hissələri və ya sənaye avadanlıqları satışı) azı 2 il iş təcrübəsi 
  • Ağır texnikaların texniki göstəriciləri, iş prinsipləri və bazar qiymətləndirməsi üzrə dərin biliklər
  • B2B satış, danışıqlar və key account management üzrə sübut olunmuş nəticələr
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; Rus və/və ya İngilis dili iş səviyyəsində
  • CRM sistemləri və MS Office (xüsusilə Excel) üzrə güclü bacarıq
  • Analitik düşüncə, hesabatlılıq və komanda qurma bacarığı
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) və ezamiyyətlərə hazır olmaq

İş şəraiti:

  • İş qrafiki: I - V günlər (09:00 - 18:00)
  • Əmək haqqı: Fiks maaş + satışdan bonus/komissiya
  • Korporativ nömrə və nəqliyyat xərclərinin qarşılanması

Maraqlanan namizədlər öz CV-lərini raciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar