A

AEM Elektron

Son tarix: 14 İyul 2026

Texniki Direktor

İnformasiya TexnologiyalarıBakıTam Ştat15 İyun 202678

Müsahibə əsasında

Vakansiya haqqında

Şirkətimiz informasiya texnologiyaları, təhlükəsizlik sistemləri və zəif axın həllərinin satışı, layihələndirilməsi və tətbiqi sahəsində fəaliyyət göstərir. Komandamıza texniki istiqamətin idarə edilməsini həyata keçirəcək, strateji düşüncəli və nəticəyönümlü Texniki Direktor axtarırıq.

Əsas vəzifələr

  • Şirkətin zəif axın sistemləri üzrə texniki fəaliyyətinin idarə olunması; 
  • Texniki departamentin işinin təşkili, koordinasiyası və inkişafı; 
  • CCTV, Access Control, Fire Alarm, BMS, Structured Cabling, Data Center,Səs sistemləri (PAS, BGM, EVAC)
  • Layihələrin texniki tələblərə, standartlara və müqavilə şərtlərinə uyğun icrasına nəzarət; 
  • Texniki həllərin hazırlanması və təqdim olunması prosesində satış komandası ilə sıx əməkdaşlıq; 
  • Tender və iri layihələr üzrə texniki təkliflərin hazırlanmasına rəhbərlik etmək; 
  • Layihə büdcələrinin, resurs planlamasının və risklərin idarə olunması; 
  • Texniki heyətin seçilməsi, inkişaf etdirilməsi və performansının qiymətləndirilməsi; 
  • Yerli və beynəlxalq istehsalçılarla texniki əməkdaşlığın qurulması; 
  • Şirkətin texniki strategiyasının hazırlanması və həyata keçirilməsi. 

Tələblər

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Elektronika, Telekommunikasiya və ya əlaqəli sahələr üzrə); 
  • Zəif axın sistemləri sahəsində minimum 7 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi; 
  • CCTV, Access Control, Fire Alarm, BMS, LAN/WAN, Səs sistemləri (PAS, BGM, EVAC)və digər təhlükəsizlik sistemləri üzrə dərin biliklər; 
  • Stressə davamlı 
  • Yüksək Analitik düşüncə 
  • Zəif axın sistemlərində 50+ Lahiyə
  • Layihələrin idarə olunması və texniki komandanın rəhbərliyi sahəsində təcrübə; 
  • Tender, presale və layihə idarəetmə proseslərini bilmək; 
  • Texniki sənədlərin və layihələrin oxunması və hazırlanması bacarığı; 
  • Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə; 
  • Liderlik, strateji düşünmə, qərarvermə və danışıqlar aparmaq bacarığı. 

Üstünlük hesab olunur

  • Beynəlxalq istehsalçı sertifikatları; 
  • PMP, PRINCE2 və ya digər layihə idarəetmə sertifikatları; 
  • Böyük həcmli korporativ və dövlət layihələrində iştirak təcrübəsi. 

Təklif edirik

  • Rəqabətli əmək haqqı və bonus sistemi; 
  • Karyera inkişafı imkanları; 
  • Böyük və maraqlı layihələrdə iştirak; 
  • Peşəkar və dinamik iş mühiti; 
  • Beynəlxalq vendorlarla əməkdaşlıq və təlim imkanları. 

İş şəraiti

  • İş yeri: 28 May, Süleyman Rüstəm 15 F 
  • Iş rejimi: 5 Günlük
  • Əmək haqqı: Müsahibə əsasında 

Maraqlanan namizədlərin CV-lərini e-mailin mövzu hissəsində “Texniki Direktor” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik.

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar