A
Azersun Holding
Texniki işlər üzrə Şöbə müdiri
Müsahibə əsasında
Vakansiya haqqında
Azersun Holding də Kürdəmir rayonunda yerləşən istehsalat müəssisəmiz üçün texniki xidmət və təmir proseslərinin idarə olunması, avadanlıqların fasiləsiz fəaliyyətinin təmin edilməsi və texniki komandaya rəhbərlik edilməsi məqsədiylə "Texniki işlər üzrə Şöbə müdiri" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
Namizədə tələblər:
- Mexanika, Elektrotexnika, Elektroenergetika və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil;
- Texniki xidmət və təmir sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Rəhbər vəzifədə və ya texniki heyətin idarə olunmasında minimum 2 il təcrübə;
- Mexaniki, elektrik, hidravlik və pnevmatik sistemlər üzrə biliklər;
- Texniki çertyoj və sxemləri oxumaq bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Liderlik, analitik düşüncə və problem həll etmə bacarıqları.
Əsas vəzifə öhdəlikləri:
- Texniki şöbənin fəaliyyətini planlaşdırmaq və idarə etmək;
- İstehsalat avadanlıqlarının və mühəndis sistemlərinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Profilaktik baxım, cari və əsaslı təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək;
- Texniki nasazlıqların səbəblərini araşdırmaq və təkrarlanmasının qarşısını almaq;
- Texniki heyətin işini koordinasiya etmək və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Ehtiyat hissələrinin, texniki materialların və resursların səmərəli istifadəsinə nəzarət etmək;
- Texniki hesabatların hazırlanmasını və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin etmək.
İş şəraiti
- İş Qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00;
- İş yeri: Kürdəmir rayonu
- Nahar şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində: “Texniki işlər üzrə Şöbə müdiri”
Oxşar vakansiyalar
M
Bugün
Executive Assistant to Director
Megabiz Petrochemical Company • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
V
Bugün
Sahə rəisi
Veysəloğlu Şirkətlər Qrupu • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Mühafizəçi (Gecə növbəsi - Orta Məktəb)
Avropa Azərbaycan Məktəbi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Senior Manager – Strategic Initiatives & Transformation
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Usta köməkçisi
Toki Tech • Bakı
Tam Ştat
700 ₼Müraciət et
C
Bugün
Resepşn / Ofis Administratoru
City Media • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et