S
STP-BTECH
Texniki ofis direktoru - STP-BTECH (Sumqayıt, 2026)
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
- Texniki ofisin fəaliyyətini idarə etmək, iş planlarını hazırlamaq və texniki heyətin fəaliyyətinə nəzarət etmək;
- Texniki sənədlərin, çertyojların, layihələrin, spesifikasiyaların və hesablamaların hazırlanmasını, yoxlanılmasını və razılaşdırılmasını təmin etmək;
- Yol nişanları, məlumat lövhələri, yol cizgiləri və təhlükəsizlik baryerləri üzrə texniki layihələrin hazırlanmasını və koordinasiyasını təşkil etmək;
- Layihə sənədlərinin texniki tapşırıqlara, standartlara və normativ tələblərə uyğunluğuna nəzarət etmək;
- Texniki ofis, istehsalat, satınalma, anbar və montaj bölmələri arasında koordinasiyanı təmin etmək;
- İstehsalat və montaj prosesləri üçün zəruri texniki məlumatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət etmək;
- Texniki uyğunsuzluqları və layihə risklərini müəyyən etmək, onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq;
- Layihələrin icra müddətlərinə, texniki resurslara və xərclərin optimallaşdırılmasına nəzarət etmək;
- Məhsulların keyfiyyət və texniki standartlara uyğunluğunun təmin edilməsində iştirak etmək;
- Bütün texniki işlər üzrə Forma 2 sənədlərinin və yerləşmə planlarının düzgün, tam və müvafiq texniki tələblərə uyğun hazırlanmasını təmin etmək;
- Forma 2 sənədləri və yerləşmə planları ilə bağlı sifarişçi qurumlarla görüşlər və işçi müzakirələri təşkil etmək, texniki məsələlərin razılaşdırılmasını təmin etmək;
- Texniki ofisin fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlılığın və iş proseslərinin səmərəliliyinin artırılması üzrə tədbirlər görmək.
Namizədə dair tələblər
- Mühəndislik, tikinti, mexanika ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 10 il iş təcrübəsi;
- Texniki layihələndirmə, mühəndislik sənədləri və istehsalat prosesləri üzrə praktiki biliklər;
- Texniki çertyojların oxunması, təhlili və hazırlanması üzrə biliklər;
- AutoCAD proqramı ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Layihələrin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət təcrübəsi;
- Texniki standartlar və normativ sənədlərlə işləmək bacarığı;
- Komandanı idarə etmək, iş bölgüsü aparmaq və qərar qəbul etmək qabiliyyəti;
- Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarıqları;
Üstünlük hesab olunur:
- Yol infrastrukturu, yol hərəkətinin təşkili, yol nişanları və təhlükəsizlik avadanlıqları sahəsində təcrübə;
- Metal konstruksiyaların istehsalı və quraşdırılması üzrə biliklər;
- Tender sənədləri, texniki təkliflər və layihə spesifikasiyalarının hazırlanması təcrübəsi;
- ISO 9001 keyfiyyət idarəetmə sistemi üzrə biliklər;
- İngilis və ya rus dili biliyi;
- Layihə idarəetməsi üzrə əlavə təlim və sertifikatlar.
İş şəraiti
- İş yeri: Sumqayıt
- İş rejimi: Tam iş günü
- Nahar təminatı
- Nəqliyyat təminatı
- Əməkhaqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
İ
Elektromexanik
İKMA Azərbaycan
BakıTam Ştat
Müsahibə əsasındaBugün
K
Elektronika təmiri üzrə usta
Konsis
BakıTam Ştat
Müsahibə əsasındaBugün
E
Elektrik ustası
Estet MMC
BakıTam Ştat
Müsahibə əsasındaBugün
A
Fəhlə
"Avromak" MMC İstehsalat və satış
BakıTam Ştat
600 ₼Bugün
Z
Smeta mühəndisi
Zayam Technologies Park OJSC
BakıTam Ştat
Müsahibə əsasındaBugün
A
Texniki şöbənin müdiri
Azfen MMC
BakıTam Ştat
Müsahibə əsasındaDünən
