G

GM Construction

Son tarix: 14 Oktyabr 2026

Texniki ofis mühəndisi

İnşaat və MemarlıqŞuşaTam Ştat14 Sentyabr 202642

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə daxil olan çertyoj, spesifikasiya, texniki şərt və digər sənədləri qəbul edir, təhlil edir və aidiyyəti şəxslərə təqdim edir;
  • Layihə sənədlərinin sistemləşdirilməsini, qeydiyyatını və arxivləşdirilməsini təmin edir;
  • Layihə sənədlərində olan texniki məlumatları təhlil edir və zəruri hallarda aidiyyəti mühəndislərlə müzakirə edir;
  • Layihə sənədlərində aşkar edilmiş uyğunsuzluqlar, ziddiyyətlər və çatışmazlıqlar barədə rəhbərliyi və aidiyyəti şəxsləri məlumatlandırır;
  • Layihə dəyişikliklərinin və reviziyaların qeydiyyatını aparır və aktual layihə versiyasının istifadəsinə nəzarət edir;
  • Sahəyə təqdim edilən texniki sənədlərin aktual versiyada olmasını təmin edir;
  • İşlərin icrası üçün tələb olunan texniki sənədlərin hazırlanmasında iştirak edir.

Namizədə tələblər:

  • Cins: kişi;
  • Yaş həddi: 25-40;
  • Müvafiq vəzifə üzrə azı 2 il iş təcrübəsi;
  • Ali təhsil (Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə);
  • Məsuliyyətli;
  • İdarəetmə bacarığı;
  • Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
  • İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
  • MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.

 

İş şəraiti:

  • İş yeri: Şuşa şəhəri;
  • İş rejimi: 6 günlük;
  • Yemək və qalmaq yeri ilə təmin olunma;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı razılaşma əsasında.

Yalnız yuxarıda göstərilən tələblərə uyğun namizədlərin CV-lərini (yalnız Azərbaycan dilində) Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar