C

Capital Construction MMC

Son tarix: 26 İyun 2026

Texniki ofis mühəndisi (Smeta üzrə mühəndis)

İnşaat və MemarlıqBakıTam Ştat27 May 202638

Müsahibə əsasında

Vakansiya haqqında

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin inşa olunan obyektləri üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin mövcudluğunu təmin etmək və onların təyinatı üzrə tikinti-quraşdırma işlərinin icrası üçün aidiyyəti strukturlara təqdim olunmasını təşkil etmək;
  • Tender və satınalma üçün layihədən material həcmlərinin dəqiq hesablanması;
  • Smeta üzrə iş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
  • Smeta qiymətlərinin faktiki çəkilmiş xərclərə uyğunluğunu yoxlamaq;
  • Materialların sərfiyyatına nəzarəti həyata keçirmək; Lazım olan materialların texniki göstəricilərini yoxlanmaq və onların layihə uyğunluğunu təsdiq etmək;
  • Layihə-smeta sənədləri ilə bağlı zəruri arayışları hazırlamaq və onların arxivdə mühafizəsini təmin etmək;
  • Layihələri təhlil etmək və müvafiq spesifikasiyaları yoxlamaq;
  • Ərazidə yerinə yetirilmiş işlərin layihəyə uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar olduqda aradan qaldırmaq;
  • Görülmüş işlərə (naryadlara) dair qiymətlərin qiymət razılaşma protokollarına uyğunluğunu, görülmüş işlər üzrə (naryadların) faktiki iş həcmləriniyoxlamaq;
  • Subpodratçıların təqdim etdiyi həcmləri yoxclamaq və təsdiq etmək;

Tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Tikinti və smeta sahəsində ən azı 3 il iş təcrübəsi
  • Layihə-smeta sənədləri, Forma №2, Forma №3 və M29 hesabatları üzrə biliklər
  • Tender sənədlərinin hazırlanması və maya dəyərinin hesablanması təcrübəsi
  • Tikinti norma və qaydaları, standartlar və texniki şərtlər üzrə biliklər
  • 1C proqramı ilə işləmə bacarığı
  • MS Office, AutoCAD proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Layihə dəyişikliklərinin smetaya və icra sənədlərinə inteqrasiyası üzrə təcrübə
  • Analitik düşünmə, hesablama və sənədlərlə dəqiq işləmə bacarığı
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı

İş şəraiti: 

  • İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Texniki ofis mühəndisi qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar