A
AAC MMC
Texniki xidmət şöbəsinin müdiri
2500 ₼
Vakansiya haqqında
AAC MMC olaraq komandamıza Texniki xidmət şöbəsinin müdiri vəzifəsinə peşəkar namizəd axtarırıq.
Əsas vəzifələr
- Zavodun fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi məqsədilə texniki xidmət və təmir işlərinin təşkil və idarə edilməsi;
- Mexanika, elektrik və avtomatika sistemlərində baş verən qəza, nasazlıq və texniki problemlərin operativ şəkildə aradan qaldırılmasına nəzarət;
- Avadanlıqların düzgün istismarının, texniki sazlığının və etibarlı fəaliyyətinin təmin edilməsi;
- Yeni avadanlıqların quraşdırılması, sazlanması və istismara verilməsi prosesinin təşkili;
- İllik, aylıq, həftəlik və gündəlik texniki xidmət və təmir planlarının hazırlanması və icrasına nəzarət;
- Cari, növbədənkənar və əsaslı təmir işlərinin istehsal prosesinə minimum təsirlə həyata keçirilməsinin təmin edilməsi;
- Təmir işləri üçün zəruri ehtiyat hissələrinin və sərfiyyat materiallarının minimum stok səviyyəsinin müəyyən edilməsi və təminat prosesinin koordinasiyası;
- Texniki qəzaların səbəblərinin araşdırılması, təkrarlanmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- Texniki xidmət və təmir sahəsi üzrə görülmüş işlər barədə müvafiq hesabatların hazırlanması;
- Şöbə üzrə sənədləşmənin düzgün aparılmasına və müəyyən edilmiş prosedurların tələblərinə əməl olunmasına nəzarət;
- Şöbə əməkdaşlarının iş və məzuniyyət qrafiklərinin hazırlanmasının təşkili;
- Əməkdaşların zəruri əl alətləri, avadanlıq və texniki vasitələrlə təmin edilməsinə, onların düzgün və səliqəli istifadəsinə nəzarət;
- Texniki xidmət sahəsinin aralıq anbarının idarə olunması və anbar qalığına nəzarət;
- Zavod üçün kritik əhəmiyyət daşıyan ehtiyat hissələrinin müəyyənləşdirilməsi və onların anbarda mövcudluğunun təmin edilməsi;
- Sifariş olunan materialların texniki göstəricilərini əks etdirən material kartlarının hazırlanması prosesinə nəzarət;
- Şöbə əməkdaşlarının peşəkar inkişafı və texniki bacarıqlarının artırılması istiqamətində tədbirlərin təşkili;
- Tabeçiliyində olan əməkdaşlar tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinə nəzarət.
Namizədə tələblər
- Texniki sahə üzrə ali təhsil;
- İstehsalat müəssisəsində texniki xidmət, təmir və ya mühəndislik sahəsində rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
- Mexanika, elektrik və avtomatika sistemləri üzrə ümumi texniki biliklər;
- Sənaye avadanlıqlarının texniki xidməti və təmiri üzrə praktiki təcrübə;
- Planlı və preventiv texniki xidmət və təmir işlərinin təşkili üzrə təcrübə;
- Texniki sənədləşmə, hesabatların hazırlanması və ehtiyat hissələrinin idarə edilməsi üzrə bacarıqlar;
- Komanda idarəetməsi, iş bölgüsü və əməkdaşların fəaliyyətinə nəzarət bacarığı;
- Operativ qərarvermə və texniki problemlərin həlli bacarığı;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Sürücülük vəsiqəsinin olması;
İş şəraiti
- İş yeri: Səngəçal
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: 2500 AZN
- Servis xidməti: Bakı və Sumqayıəraitit istiqamətlərindən servis
- Nahar xidməti: İşçilər üçün nahar təmin edilir
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərsiniz. Mövzu hissəsində “Texniki xidmət şöbəsinin müdiri” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
A
Bugün
Hidravlik Qaldırma Sistemləri üzrə Nəzarətçi (Jack Superviser)
Azfen MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Bugün
Fəhlə (anbarda mal yükləyici qaimə faktura üzrə)
Royal Foods MMC • Bakı
Tam Ştat
696 ₼Müraciət et
V
Bugün
Texniki Supervayzer
Veysəloğlu MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Fəhlə Operator
Salafan istehsalı • Bakı
Tam Ştat
500 ₼Müraciət et
Ə
Bugün
Elektrik, Qaynaqçı, Çilingər
Əliyev və K ŞİKŞ • Bakı
Tam Ştat
—Müraciət et
F
Bugün
Texnik-Fəhlə
Flora Holland • Bakı
Tam Ştat
600 ₼Müraciət et