A

AzəriMed MMC

Son tarix: 6 Noyabr 2026

Tibbi avadanlıqların alışı üzrə menecer

Səhiyyə və TibbBakıTam Ştat6 Oktyabr 202640

1200 ₼

Vakansiya haqqında

Tələblər:

  • Təhsil: Ali təhsil (tibbi, biomedikal mühəndislik, iqtisadiyyat, loqistika, menecment və ya biznesin idarə edilməsi sahəsində olması arzuolunandır)
  • Dil bilikləri: Azərbaycan dili -səlis, Rus və ingilis dilləri – orta səviyyədə (Intermediate / B1–B2: şifahi və yazılı işgüzar kommunikasiya bacarığı).
  • İdxal/ixrac əməliyyatları və ilkin sənədləşmə qaydaları haqqında anlayış.
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office (xüsusilə MS Excel) proqramlarında sərbəst işləmək qabiliyyəti (1C və ya ERP sistemləri biliyi üstünlükdür).

Vəzifə Öhdəlikləri:

  • Şirkətin layihələri üçün xarici və yerli bazardan tələb olunan tibbi avadanlıqların satınalınması prosedurlarının bütün mərhələlərinin həyata keçirilməsi:
  • Müştərilərdən və şirkətin daxili şöbələrindən tibbi avadanlıqla bağlı sorğuları dəqiqliklə qəbul etmək;
  • Müştərinin və daxili şöbələrin tələblərinə uyğun olaraq avadanlığın spesifikasiyalarını dəqiqləşdirmək;
  • Daxil olmuş sorğulara əsasən xarici və yerli tbbi avadanlıq istehsalçıları və təchizatçıları ilə əlaqə yaratmaq;
  • Müştərilərə sorğuları ilə bağlı kommersiya təkliflərini hazırlayıb təqdim etmək və təklifləri aktiv olaraq təqib etmək;
  • Xarici və yerli şirkətlərə avadanlıqların satınalınması üçün sifarişləri yerləşdirmək, bunun üçün tələb olunan bütün sənədləri, o cümlədən müqavilələri hazırlamaq;
  • Sifarişlərin istehsal prosesini təqib etmək və daşınması üçün hazırlıq vəziyyətini
    nəzarətdə saxlamaq;
  • Yüklərin daşınması prosesinin (ölkədaxili və beynəlxalq) təşkil etmək, logistika şöbəsi ilə koordinasiya etmək və izləmək;
  • Müşayiətedici sənədlərin (hesab-faktura, qaimə, CMR, spesifikasiya) şirkətin üçün istehsalçılardan alınması, yoxlanılması və müvafiq şöbələrə (logistika şöbəsi, mədaxil şöbəsi, anbar) təqdim etmək;
  • Tibbi avadanlıqların müştərilərə təhvilini təşkil etmək və bu prosesin təmin edilməsi üçün müştərək şöbələrlə (anbar, mühasibatlıq, texniki servis və s.) koordinasiyanı təşkil etmək.

İş şəraiti:

  • Əməkhaqqı: 1200-2000 AZN, Müsahibə əsasında (namizədin təcrübəsinə və səriştələrinə uyğun olaraq).
  • İş qrafiki: 5/2 (09:00 – 18:00).
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Gömrük işlərinə nəzarət üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər. 

Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar vakansiyalar