O

Orizon Labs

Son tarix: 21 Sentyabr 2026

Tibbi menecer

Səhiyyə və TibbBakıTam Ştat21 Avqust 202651

1500

Vakansiya haqqında

Vakansiya: Menecer-Bölgə müdürü (Field Sales Manager)

Şirkət haqqında: Orizon Labs — təbii qida əlavələri (BFA) və tibbi məhsulların istehsalı və satışı ilə məşğul olan dinamik inkişaf edən şirkətdir.

İşin təsviri: Şirkətin tibbi nümayəndələr komandasına rəhbərlik edəcək, satış strategiyasının həyata keçirilməsini təmin edəcək və həkim/klinikalarla əlaqələrin effektiv idarə olunmasına nəzarət edəcək təcrübəli menecer axtarırıq.

Biz ne təklif edirik:

  1. Rəqabətədavamlı əməkhaqqı (Sabit maaş + Satış bonusları)
  2. Karyera və peşəkar inkişaf imkanı
  3. Mehriban və peşəkar komandada iş mühiti

Müraciət üçün: CV-nizi [[email protected]] poçtuna subject (mövzu) hissəsində "Tibbi menecer" qeyd edərək göndərə bilərsiniz. Əlaqə: 0552250070

Tələblər:

  1. Ali təhsil (Tibb, əczaçılıq və ya biznesin idarə olunması sahəsi arzuolunandır)
  2. Menecer kimi minimum 2-3 il və ya menecer/komanda rəhbəri vəzifəsində təcrübə
  3. Həkim bazası və farmasevtik/BFA bazarı haqqında dərin anlayış
  4. Yüksək liderlik, idarəetmə və təşkilatçılıq bacarığı
  5. Analitik düşüncə və satış strategiyalarını tətbiq etmək qabiliyyəti
  6. Səlis Azərbaycan dili (Rus dili biliyi üstünlükdür)

Vəzifə öhdəlikləri:

  1. Tibbi nümayəndələr komandasının işini planlaşdırmaq, istiqamətləndirmək və gündəlik fəaliyyətinə nəzarət etmək
  2. Şirkətin satış hədəflərinə (kvotalara) çatması üçün komandaya aylıq və rüblük planlar təyin etmək
  3. Tibbi nümayəndələrin həkim və klinika visitlərinin keyfiyyətini qiymətləndirmək (ikili vizitlər həyata keçirmək)
  4. Komanda üzvlərinin təlimatlandırılması, motivasiyası və peşəkar inkişafına dəstək olmaq
  5. Əsas tərəfdaşlar (Lider həkimlər / Key Opinion Leaders) ilə əlaqələr qurmaq və inkişaf etdirmək
  6. Satış analitikası aparmaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək

Oxşar vakansiyalar