I

IRES

Son tarix: 30 İyul 2026

Tikintidə Keyfiyyət üzrə mühəndis

İnşaat və MemarlıqBakıTam Ştat30 İyun 2026110

Müsahibə əsasında

Vakansiya haqqında

Tikintidə keyfiyyət standartlarına müstəqil şəkildə nəzarət edə biləcək, həmçinin texniki və QA/QC (Keyfiyyətin təminatı və Keyfiyyətə nəzarət) tələblərinə uyğunluğu təmin edəcək, hündürmərtəbəli binaların tikintisi layihələrində təcrübəyə malik mühəndis axtarırıq.

Əsas Öhdəliklər:

  • Tikinti sahəsindəki işlərin keyfiyyətinə nəzarət (QC) fəaliyyətlərini idarə etmək;
  • Tikinti işlərinin təsdiq edilmiş mühəndislik çertyojlarına, spesifikasiyalara (texniki şərtlərə) və metodologiyalara uyğunluğu təmin etmək;
  • Texniki kənaşmaları və keyfiyyətlə bağlı riskləri müəyyən etmək;
  • Təftişlər (yoxlamalar) keçirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
  • Texniki rəylər və hesabat sənədləri hazırlamaq;
  • İcra olunan tikinti quraşdırma işlərinin yoxlanması və təhvil-təslim proseslərində iştirak etmək.

Tələblər:

  • Mühəndislik sahəsində ali təhsil (inşaat təhsili arzuolunandır);
  • Hündürmərtəbəli binaların tikintisi layihələrində minimum 3–5 il iş təcrübəsi;
  • QA/QC prosedurları və tikinti standartları barədə biliklər;
  • Yaşayış və ya kommersiya obyektlərinin tikintisi layihələrində təcrübə
  • Sahədə tikintinin icrasına nəzarət etmək bacarığı
  • Güclü texniki düşüncə tərzi, detallara qarşı diqqətlilik və müstəqil işləmək bacarığı.
  • Rus və ingilis dili biliyi arzuolunandır, lakin mütləq deyil (üstünlükdür)

İş yeri: Bakı

Maraqlanan namizədlər öz CV-lərini raciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar