C

Capital Construction MMC

Son tarix: 24 İyul 2026

Topoqraf

İnşaat və MemarlıqBakıTam Ştat24 İyun 202630

1500

Vakansiya haqqında

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyətdə müxtəlif miqyaslı topoqrafik xəritələrin və planların tərtibatı və yenilənməsi üzrə sahə (çöl) və kameral işləri həyata keçirmək;
  • Topoqrafik xəritələr və planlar əsasında müxtəlif miqyaslı xəritələrin tərtibatı işlərini yerinə yetirmək;
  • Relyef, obyektlərin yerləşməsi və digər coğrafi xüsusiyyətlər üzrə ərazilərin topoqrafik tədqiqatını yerinə yetirmək;
  • Ərazi üzərində geodeziya cihazları vasitəsilə ölçmə işlərini aparmaq və nəticələri sənədləşdirmək;
  • Xəritə və planların nəşrə hazırlanması çərçivəsində cizgi və qaydaya salma işlərini həyata keçirmək;
  • Çöl işlərinin nəticələrinə əsasən plan və xəritələrin tərtibində, onların rəqəmsal formada işlənməsində iştirak etmək;
  • Müasir topoqrafik avadanlıqlardan (GPS, total stansiya, səviyyəölçən və s.) istifadə edərək yüksək dəqiqlikli ölçmələri həyata keçirmək;
  • İstifadə olunan cihaz və avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və düzgün işləməsini təmin etmək;
  • Yerli və beynəlxalq norma və standartlara uyğun topoqrafik məlumatların emalını və analizini həyata keçirmək;
  • Tərtib edilmiş xəritə və planların texniki cizgilərə uyğunluğunu yoxlamaq və keyfiyyətini təmin etmək;
  • Topoqrafik məlumatların arxivləşdirilməsi, saxlanması və ehtiyac olduqda yenilənməsini həyata keçirmək;
  • Tikinti və layihələndirmə işlərində layihənin topoqrafik əsaslarının hazırlanmasında iştirak etmək;
  • Ərazi planlaşdırılması, infrastruktur layihələri və digər mühəndis-geodeziya işlərində iştirak etmək;

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil 
  • Topoqrafiya, geodeziya və xəritəçəkmə sahəsində minimum 2 il iş təcrübəsi. 
  • Geodeziya cihazları ilə (GPS, Total Station, Nivelir və s.) işləmək bacarığı. 
  • AutoCAD, Civil 3D və digər aidiyyəti proqramlarda işləmə bacarığı. 
  • Topoqrafik planların hazırlanması və oxunması üzrə biliklər. 
  • Ölçmə nəticələrinin emalı və hesabatların hazırlanması bacarığı. 
  • Tikinti və layihələndirmə sahəsində normativ sənədlər haqqında məlumatlılıq. 
  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti. 
  • Komandada və müstəqil işləmək bacarığı

İş şəraiti: 

  • İş yeri: Lökbatan qəsəbəsi və Nizami rayonu 
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1500 - 1800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Topoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar