Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Neft və qaz sənayesi üzrə EPC və tikinti layihələrində topoqrafik və geodeziya ölçmə işlərini həyata keçirmək;
- Layihə koordinatlarını və hündürlük nişanlarını sahəyə köçürmək (setting out);
- Boru kəmərləri, çənlər (tanklar), sənaye obyektləri, terminallar və digər tikinti qurğuları üzrə geodeziya işlərini icra etmək;
- Total Station, GPS, Digital Level (Nivelir) və digər geodeziya cihazlarından istifadə etməklə dəqiq ölçmə işlərini aparmaq;
- As-built ölçmələrini həyata keçirmək və müvafiq hesabatları hazırlamaq;
- Toplanmış məlumatları emal etmək, AutoCAD proqramında plan və sxemlər hazırlamaq;
- Layihə, tikinti və keyfiyyətə nəzarət komandaları ilə sıx koordinasiyada işləmək;
- Geodeziya avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını və düzgün istismarını təmin etmək.
Tələblər
- Geodeziya, Topoqrafiya, İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Neft və qaz sektorunda Topoqraf vəzifəsində minimum 3 il iş təcrübəsi (mütləqdir);
- EPC layihələri, sənaye obyektləri, tanklar, boru kəmərləri, terminallar və ya digər neft-qaz infrastrukturu layihələrində iş təcrübəsi üstünlükdür;
- Total Station, GPS, Digital Level (Nivelir) və digər geodeziya avadanlıqları ilə sərbəst işləmək bacarığı;
- Sahə işləri ilə yanaşı, AutoCAD proqramında planların hazırlanması və texniki hesabatların tərtib edilməsi bacarığı;
- Layihə çertyojlarını oxumaq, koordinat və geodeziya hesablamalarını aparmaq bacarığı;
- Məsuliyyətli, dəqiq, analitik düşüncəli və komandada işləmək bacarığı;
- Ezamiyyətlərdə işləməyə hazır olmaq.
İş şəraiti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Zərurət yarandıqda qısamüddətli ezamiyyətlər;
- Gərgin iş qrafikində və vaxt məhdudiyyəti olan layihələrdə işləmək bacarığı.
Əməkhaqqı
- Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər şəkilli CV-lərini, mövzu hissəsində "Topoqraf" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
T
Bugün
Fəhlə
Texno Home • Bakı
Tam Ştat
600 ₼Müraciət et
N
Bugün
Layihəçi Memar
North West • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Memar Interyer dizayner
North West • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Baş Konstruktor
North West • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
GPS Quraşdırıcı
A+A Security • Bakı
Tam Ştat
600 ₼Müraciət et
B
Dünən
Qumlayıcı
Buta Construction MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et