C
Capital Construction MMC
Topoqraf köməkçisi (Güzdək qəs.) - Capital Construction MMC
800 ₼
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
- Sahə işləri zamanı topoqrafa texniki dəstəyin göstərilməsi və ölçmə proseslərində aktiv iştirak edilməsi;
- Topoqrafik cihazların quraşdırılmasında, daşınmasında və istifadəsində köməkliyin göstərilməsi;
- Sahədə aparılan ölçmələrin dəqiq qeydlərinin aparılması və ilkin məlumatların toplanılması;
- Ölçmə nəticələrinin emalına köməkliyin göstərilməsi, sxem və hesabatların hazırlanmasında iştirak;
- Sahə ölçmələrinin mövcud norma və təlimatlara uyğun sənədləşdirilməsində topoqrafa kömək edilməsi;
- Cihazların gündəlik texniki qulluğunun icrası, onların təhlükəsiz saxlanmasının və daşınmasının təmin edilməsilməsi;
- Sahə işlərində istifadə olunan avadanlıqların düzgün və təhlükəsiz istifadəsinin təmin edilməsi.
Namizədə tələblər:
- Geodeziya, topoqrafiya və ya əlaqəli sahə üzrə təhsil mütləqdir;
- Müvafiq işdə minimum 1 il təcrübə;
- Topoqrafik ölçmə cihazları ilə işləməyə maraq və öyrənməyə açıq olmaq;
- Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma;
- Açıq sahədə və səyyar şəraitdə işləməyə fiziki uyğunluq;
- Texniki düşüncə və diqqətli olmaq.
- AutoCAD, MS Office (xüsusilə Excel) və GIS proqramları üzrə ilkin biliklər üstünlükdür.
İş şəraiti:
- İş yeri: Güzdək qəs.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Topoqraf köməkçisi (Güzdək)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
A
Bugün
Smeta mühəndisi
Aqroman • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Tikinti üzrə kiçik mütəxəssis
METAK • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
SƏTƏM Məsləhətçi
Azertexnolayn • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Dünən
Texniki işçi
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
D
Dünən
Fəhlə
Displey and Stend • Bakı
Tam Ştat
800 ₼Müraciət et
F
Dünən
Avtoçilingər
FALCOM MMC • Bakı
Tam Ştat
1500 ₼Müraciət et