Müsahibə əsasında
Vakansiya haqqında
- Metal istehsalı müəssisəsinə müxtəlif ölçülü və mürəkkəblikdə olan sənaye detallarını yüksək dəqiqliklə hazırlaya və bərpa edə bilən, uzunillik praktiki təcrübəyə malik peşəkar tokar ustası tələb olunur
- Bizə yalnız sadə torna işlərini yerinə yetirən deyil, detalı nümunə, ölçü, eskiz və ya texniki çertyoj əsasında müstəqil şəkildə hazırlaya bilən, material və emal üsulunu düzgün seçən təcrübəli usta lazımdır
- İş rejimi: Namizədlə danışıq və qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
- Əməkhaqqı: Ustanın təcrübəsi, peşəkarlıq səviyyəsi və razılaşdırılmış iş rejiminə əsasən müəyyən ediləcək
- Namizədin praktiki bacarıqları müsahibə və sınaq işi əsasında qiymətləndiriləcək
- Müraciət zamanı neçə il tokar işlədiyi, hansı müəssisələrdə çalışdığı, hansı dəzgahlarda işlədiyi və hazırlaya bildiyi detallar haqqında məlumat təqdim etməsi xahiş olunur
- Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62
Tələblər:
- Tokar işi üzrə uzunillik real istehsalat təcrübəsi
- Torna dəzgahında sərbəst və peşəkar işləmək bacarığı
- Sadə və mürəkkəb detalların yüksək dəqiqliklə hazırlanması üzrə təcrübə;
- Texniki çertyojları və eskizləri sərbəst oxumaq bacarığı
- Hazır detal və ya nümunə əsasında düzgün ölçü götürərək eynisini hazırlamaq bacarığı
- Ştangenpərgar, mikrometr, indikator, нутромер və digər ölçü alətlərindən peşəkar istifadə bacarığı
- Ölçü dözümlülükləri, oturtmalar, səth keyfiyyəti və emal dəqiqliyi haqqında bilik
- Müxtəlif metal növlərinin emal xüsusiyyətlərini bilməsi
- Kəsici alətlərin seçilməsi, itilənməsi və düzgün tətbiqi üzrə praktiki bacarıq
- Detalı minimal material itkisi ilə və texniki tələbə uyğun hazırlamaq bacarığı
- Müstəqil işləmək və görülən işin keyfiyyətinə cavabdeh olmaq
- Məsuliyyətli, dəqiq, intizamlı və işinə peşəkar yanaşmaq
Üstünlük hesab olunur
- Metal istehsalı və ağır sənaye müəssisələrində iş təcrübəsi
- İriölçülü və ağır detalların emalı üzrə təcrübə
- Qəlib, bıçaq, val və istehsal avadanlıqlarının ehtiyat hissələrinin hazırlanması bacarığı
- Frez, yonma, deşik açma və digər mexaniki emal əməliyyatları haqqında əlavə bilik
- Köhnə və aşınmış detalların bərpası üzrə təcrübə
- Müxtəlif istehsal avadanlıqlarının mexaniki quruluşu haqqında anlayış
Vəzifə öhdəlikləri:
- Zavod avadanlıqları üçün müxtəlif mexaniki detalların hazırlanması və bərpası
- Val, ox, ştift, şponka yuvası, vtulka, mufta, flanş, kasnaq, yivli hissə və digər detalların emalı
- Qəliblərin, bıçaqların, mil və digər istehsal detallarının hazırlanması və təmiri
- Xarici və daxili diametrlərin dəqiq yonulması
- Xarici və daxili yivlərin açılması
- Konus, kanal, pillə, pah və müxtəlif formalı səthlərin hazırlanması
- Deşiklərin açılması, genişləndirilməsi və içyonma işlərinin görülməsi
- Aşınmış detalların ölçülərinin bərpası və yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi
- Hazır nümunədən və ya köhnə detaldan düzgün ölçü götürərək yeni detal hazırlamaq
- Texniki çertyoj, eskiz və verilmiş ölçülər əsasında işləmək
- Detala uyğun materialı, kəsici aləti, emal rejimini və əməliyyat ardıcıllığını müəyyənləşdirmək
- Hazırlanmış detalın ölçülərini və keyfiyyətini yoxlamaq
- Torna dəzgahının gündəlik baxışını, sazlanmasını və iş yerinin səliqəsini təmin etmək
Oxşar vakansiyalar
Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis
Resant Consulting and Management • Bakı
Keyfiyyətə Nəzarət üzrə Koordinator
Azfen MMC • Bakı
Yağlama ustası
ONYX avto&moto care • Bakı
Aliminium əridici mütəxəssis
AZPROM • Abşeron
Usta köməkçisi
Mebel istehsalı • Bakı
İstehsalat rəhbəri
Azera Holding • Bakı