E

Enjoy Azerbaijan Travel MMC

Son tarix: 3 Noyabr 2026

Tur bələdçisi / Tur rəhbəri

Turizm və OtelçilikBakıTam Ştat3 Oktyabr 202643

900 ₼

Vakansiya haqqında

Enjoy Azerbaijan Travel MMC şirkəti komandamıza yeni əməkdaş axtarır.

Vəzifə: Tur bələdçisi / Tur rəhbəri

Yaş: 23–30 yaş

Dil: Rus və İngilis dillərini mükəmməl səviyyədə bilmək mütləqdir

Təcrübə: Tələb olunmur

 İş haqqında

Biz təcrübəsiz namizədlər axtarırıq. Əvvəlcədən turizm və ya bələdçilik sahəsində iş təcrübəsinin olması tələb olunmur.

Seçilmiş namizədə işi sıfırdan özümüz öyrədəcəyik. Tur proqramları, qonaqlarla ünsiyyət, turların idarə olunması və digər iş prosesləri praktik şəkildə öyrədiləcək.

Turlarımız əsasən Azərbaycan daxilində müxtəlif bölgələrə təşkil olunan turlardır. Buna görə də namizəd səfərlərə və aktiv iş qrafikinə hazır olmalıdır.

 Maaş: 900 AZN

  1. bonuslar
  2. faizlər

Ödəniş əməkdaşlıq formasından asılı olaraq gündəlik və ya aylıq ola bilər.

Vacib: Biz hazır təcrübəli bələdçi axtarmırıq. Məqsədimiz sıfırdan öyrədə biləcəyimiz, işə həvəsli və inkişaf etmək istəyən yeni əməkdaş tapmaqdır.

Yalnız ciddi maraqlanan, 23–30 yaş aralığında olan və rus və ingilis dillərini hər ikisini mükəmməl bilən namizədlər bizimlə əlaqə saxlasın.

Enjoy Azerbaijan Travel MMC 🇦🇿

 

Tələblər:

• Punktual və məsuliyyətli olmaq

• Pozitiv və enerjili olmaq

• Ünsiyyətcil və insanlarla rahat kommunikasiya qurmaq

• Öyrənməyə həvəsli olmaq

• İşə ciddi və məsuliyyətli yanaşmaq

• Səyahət etməyi sevmək

• Azərbaycan daxilində səfərlərə hazır olmaq

• Rus və İngilis dillərini əla səviyyədə bilmək

Oxşar vakansiyalar