N

Naz Travel

Son tarix: 13 Avqust 2026

Tur Meneceri

Turizm və OtelçilikBakıTam Ştat13 İyul 20263

500

Vakansiya haqqında

Naz Travel turizm sahəsində təcrübəli və ünsiyyət bacarığı yüksək olan Tur Meneceri axtarır.

  1. İş günləri: Həftənin 5 günü tam iş günü, şənbə günü yarım iş günü
  2. İş vaxtı: 10:00 dan–19:00 dək
  3. Əmək haqqı: 600– 800 AZN + bonus
  4. Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən CV-lərini mövzu yerində “Tur Meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-ləri nəzərə alınmayacaq.

Tələblər:

 

  1. Azərbaycan dilində səlis danışıq bacarığı, orta səviyyədə ingilis və rus dilləri biliyi;
  2. Müştərilərlə ünsiyyət təcrübəsi;
  3. Viza prosedurları haqqında məlumatlı olmaq arzuolunandır;
  4. Kompüterdə işləmək bacarığı;
  5. İnternetdən aktiv istifadə, sürətli axtarış və məlumat toplama bacarığı;
  6. Səlis və işgüzar danışıq qabiliyyəti;
  7. Məsuliyyətli, diqqətli, aktiv, enerjili və öyrənməyə həvəsli olmaq.

Vəzifə öhdəlikləri:

 

  1. Aviabiletlərin bronlaşdırılması və satışı;
  2. Müştərinin ehtiyaclarını analiz edərək xarici turların hazırlanması, fərdi və qrup turlarının təşkili;
  3. Müştərilərin sorğusuna uyğun olaraq otel, aviabilet, transfer, avtomobil kirayəsi və digər xidmətlərin B2B sistemlərdə bronlaşdırılması və alınması;
  4. Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
  5. Səyahət sığortasının rəsmiləşdirilməsi;
  6. Partnyor tur operatorlar və hotellərlə gündəlik kommunikasiya.

Oxşar vakansiyalar