P

Profitline Consultinq MMC

Son tarix: 14 Sentyabr 2026

Vergi mütəxəssisi

Maliyyə və MühasibatlıqBakıTam Ştat14 Avqust 202651

2400

Vakansiya haqqında

Vergi mütəxəssisi

Şirkət: Profitline Consulting

Profitline Consulting şirkəti müştəri müəssisələrinə vergi və mühasibat uçotu xidmətlərinin göstərilməsi məqsədilə peşəkar Vergi mütəxəssisi axtarır.

İş şəraiti:

  1. Əmək haqqı: 2 400–2 700 AZN;
  2. Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
  3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  4. Peşəkar inkişaf və müxtəlif sahələr üzrə layihələrdə iştirak imkanı;
  5. Stabil və korporativ iş mühiti;

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər:

  1. Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq istiqamət üzrə ali təhsil;
  2. Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  3. Konsaltinq və ya autsorsinq şirkətində iş təcrübəsi üstünlükdür;
  4. Müxtəlif fəaliyyət sahələri üzrə bir neçə şirkətin vergi uçotunu paralel idarə etmək bacarığı;
  5. Azərbaycan Respublikasının Vergi Məcəlləsini və müvafiq qanunvericiliyi yüksək səviyyədə bilmək;
  6. Vergi bəyannamələrinin müstəqil hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
  7. Elektron Vergi İnformasiya Sistemi və digər dövlət portalları ilə işləmək bacarığı;
  8. 1C proqramını və MS Excel-i yaxşı səviyyədə bilmək;
  9. Rəsmi məktub və əsaslandırılmış cavablar hazırlamaq bacarığı;
  10. Güclü analitik düşüncə, dəqiqlik və məsuliyyət;
  11. Müştərilərlə peşəkar ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  1. Müştəri şirkətlərinin vergi uçotunun qurulmasına dəstək göstərilməsi və uçot prosesinə nəzarət;
  2. Vergi, DSMF, statistika və digər hesabat və bəyannamələrin hazırlanaraq vaxtında təqdim edilməsi;
  3. Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergisi üzrə hesablamaların aparılması;
  4. Vergi orqanlarından daxil olan məktub, bildiriş, uyğunsuzluq və kameral yoxlama sənədlərinin izlənilməsi;
  5. Daxil olan sorğu və bildirişlərə əsaslandırılmış cavabların hazırlanması və vaxtında təqdim edilməsi;
  6. Müştərilərin şəxsi hesab vərəqələrinin, vergi borclarının, artıq ödəmələrinin və ƏDV depozit hesablarının yoxlanılması;
  7. Mühasibat uçotu ilə vergi uçotu arasındakı fərqlərin müəyyən edilməsi və aradan qaldırılmasına dəstək;
  8. Vergi ödənişlərinin düzgün hesablanmasına və vaxtında həyata keçirilməsinə nəzarət;
  9. Müqavilələrin və təsərrüfat əməliyyatlarının vergi riskləri baxımından təhlili;
  10. Vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və prosesdə iştirak;
  11. Müştərilərə vergi məsələləri üzrə peşəkar məsləhətlərin verilməsi;
  12. Vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və müştərilərin məlumatlandırılması;
  13. Aşkar edilmiş vergi riskləri və uyğunsuzluqlar üzrə hesabat və təkliflərin hazırlanması;
  14. Vergi orqanları ilə yazışmaların və zəruri hallarda görüşlərin həyata keçirilməsi.

Oxşar vakansiyalar