A

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Son tarix: 1 İyul 2026

Vətəndaşların qəbulu şöbəsinin kiçik mütəxəssisi (Gəncə şəhəri)

Marketinq və SatışGəncəTam Ştat24 İyun 202646

Müsahibə əsasında

Vakansiya haqqında

Struktur bölmənin adı

  • İstehlakçılarla iş departamenti/ Vətəndaşların qəbulu şöbəsinin kiçik mütəxəssisi

Vəzifənin funksiyaları:

  • Mərkəzi Banka müraciət edən istehlakçıları müəyyən edilmiş “ASAN xidmət” mərkəzində qəbul etmək;
  • İcrasına daxil olan müraciətlərlə əlaqəli sorğular göndərmək, zəruri olduqda müvafiq departamentlərin rəyini almaq və araşdırmanın nəticəsinə uyğun olaraq cavablar hazırlamaq; 
  • İstehlakçıların maliyyə bazarlarında qanuni maraqlarının pozulması və ya pozulmasına şərait yaradan halların aradan qaldırılması barədə nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər hazırlamaq;
  • İstehlakçıların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər vermək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlamaq.

Texniki kompetensiyalar

  • “Vətəndaşların müraciətləri haqqında” AR Qanunu üzrə biliklər – yüksək səviyyədə
  • Sığorta ilə bağlı qanunvericilik bilikləri – yaxşı səviyyədə
  • Mülki qanunvericilik üzrə ümumi biliklər - orta səviyyədə
  • İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər - orta səviyyəd
  • Təqdimat və yazı bacarığı – yaxşı səviyyədə

Təcrübə

  • Sığorta sektorunda 6 aylıq iş təcrübəsi

Təhsil

  • Ali təhsil

Davranış kompetensiyaları

  • Xidmət zamanı istehlakçı məmnuniyyətinin təmin edilməsinə təşəbbüs göstərilmə
  • Ünsiyyətqurma 
  • Stressə davamlılıq
  • Vaxtın idarəedilməsi
  • Məsuliyyətlilik

Dil bacarığı

  • Səlis azərbaycan dili, ingilis dili və rus dili arzuolunandır

Kompüter bacarıqları

  • MS Office proqramları (xüsusilə MS Office və Excel) 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar