A

Az-Tex-İmport MMC

Son tarix: 12 İyul 2026

Videoqraf (Automotive / Ağır Texnika Sahəsi üzrə)

Dizayn və YaradıcılıqBakıTam Ştat12 İyun 202681

800

Vakansiya haqqında

 İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063;
  • Əmək haqqı: 800 – 1500 AZN (Namizədin təcrübə, bacarıq və portfoliosuna görə təyin olunacaq);
  • İş qrafiki: 6 günlük.

 Əsas Öhdəliklər:

  • Şirkətin balansında olan nəqliyyat vasitələrinin, ağır tonnajlı və xüsusi texnikaların sahə/ofis daxili peşəkar video çəkilişlərinin təşkili;
  • Yaradıcı ssenarilərin (Reels, TikTok və korporativ çarxlar üçün) hazırlanması;
  • Çəkilmiş materialların yüksək səviyyədə montajı və vizual effektlərlə zənginləşdirilməsi.

 Namizədə dair tələblər:

  • Adobe Premiere ProAdobe After Effects proqramlarını peşəkar səviyyədə bilmək (mütləqdir);
  • Videoçəkiliş və montaj sahəsində real iş təcrübəsi (Avtomobil və ya texnika çəkiliş təcrübəsi olanlara üstünlük verilir);
  • Kamera, işıq, səs və stabilizator avadanlıqları ilə sərbəst işləmək bacarığı;
  • Aktiv və dinamik iş mühitində (açıq sahədə, texnikaların yanında) işləmək həvəsi.

 Biz nə təklif edirik?

  • Şirkətin unikal layihələrində yaradıcı ideyaları reallaşdırmaq imkanı;
  • Stabil iş və rəsmi qeydiyyat.

Müvafiq təcrübəyə malik namizədlər öz CV və Portfoliolarını (gördükləri işlərdən nümunələri və ya video linklərini) mövzu hissəsində "Videoqraf" qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

 Mütləq Qeyd: Portfolio (əvvəlki iş nümunələri) göndərməyən namizədlərin müraciətlərinə baxılmayacaq.

Oxşar vakansiyalar