K

Kontakt Home

Son tarix: 29 Noyabr 2026

Virtual məhsullar üzrə mütəxəssis - Kontakt Home (Bakı)

Marketinq və SatışBakıTam Ştat30 Oktyabr 2026149

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Sorğular əsasında təchizatçılarda virtual kateqoriyaya aid məhsulların mövcudluğunun müəyyən edilməsi və satışa cavabdeh olan instansiyalara geribildirim verilməsi;
  • Məhsul sifarişi prosesinin, onun anbardan çatdırılmasının və sorğulara uyğun olaraq müştərilərə göndərilməsinin təşkil edilməsi;
  • Ödəniş planın hazırlanması və maliyyə şöbəsinə hesabatların təqdim edilməsi;
  • Geri qaytarılmış və ya texniki nasaz olan məhsulların təchizatçıya sənədlə geri qaytarılmasının təmin edilməsi; maliyyə əməliyyatlarının izlənməsi;
  • Saytdan hər gün "mövcud deyil" statusunda olan məhsulların silinməsi;
  • Həftə ərzində təchizatçılarda mövcudluğu olmayan məhsulların statusunun yenilənməsi (mövcuddursa, sayta əlavə edilməsi);
  • Təchizatçı nümayəndələri ilə sıx əlaqələrin qurulması və ERP sistemi ilə saytda aparılan dəyişiklik və yeniliklərin tətbiqinin müzakirə edilməsi;
  • Təchizatçılardan gündəlik və həftəlik ehtiyyat hesabatlarının qəbul edilməsi, məlumatların ERP sisteminə və sayta inteqrasiyasının dəstəklənməsi;
  • Qurumlararası müzakirələr əsasında qaydaların, sxemlərin, şablonların hazırlanmasında və hesabatların tərtibində iştirak edilməsi;
  • Təchizatçıların iş keyfiyyəti və ümumi konversiya haqqında gündəlik və aylıq hesabatların hazırlanması (CRM məlumatları əsasında);
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Səlis azərbaycan və rus dili biliyi;
  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Məhsullar üzrə biliklər;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • Analitik düşünmə qabiliyyəti;
  • Nəticə yönümlülük;
  • Məsuliyyətlilik və inkişafa meyillilik;
  • Komanda ilə işləmə bacarığı.

Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Müasir və rahat ofis şəraiti;
  • Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
  • Yeni bilik və bacarıqların inkişaf etdirilməsi imkanı.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar