Müsahibə əsasında
Vakansiya haqqında
Warehouse Manager
About the Position:
- GILTEX is seeking a proactive Warehouse Manager with proven experience leading teams and improving stock control in a manufacturing environment. The role is accountable for the accuracy of physical stock and ERP records, prevention of inventory losses, timely material supply to production, and accurate and timely dispatch to customers.
- The successful candidate must take ownership of warehouse performance, identify risks early, resolve discrepancies promptly, and work closely with Production, Procurement, Sales, Logistics, and Finance.
Key Responsibilities:
- Lead warehouse operations covering receipt, inspection, storage, material issuance, returns, loading, and dispatch; maintain safe and efficient workflows.
- Ensure every stock movement is authorized, supported by documentation, and recorded accurately and promptly in ERP; maintain traceability by item, batch, and location.
- Organize storage, labeling, and stock rotation using FIFO and FEFO where applicable; protect materials and finished goods from damage and deterioration.
- Coordinate with Production and Procurement to anticipate material requirements, monitor stock levels, and escalate shortages before they disrupt production.
- Coordinate with Sales and Logistics to meet dispatch requirements; verify quantities, item specifications, condition, and supporting documents before release.
- Conduct regular cycle counts and periodic full inventory counts with Finance; investigate discrepancies, identify root causes, and implement corrective actions.
- Establish controls to prevent unauthorized movements, losses, and incorrect loading; report incidents promptly and follow actions through to closure.
- Monitor slow-moving, obsolete, and damaged stock; propose actions with relevant departments to reduce excess inventory and improve space utilization.
- Plan staffing and shifts, allocate responsibilities, train employees, and manage team performance against accuracy, productivity, and discipline expectations.
- Ensure compliance with occupational health and safety, fire safety, housekeeping, and safe material handling requirements.
- Report warehouse KPIs, operational risks, unresolved discrepancies, and corrective actions to management.
Education and Experience:
- Minimum five years of experience in warehousing, logistics, or inventory management, including at least three years managing a warehouse and its team in a manufacturing or industrial environment.
- Proven practical experience using ERP or warehouse management systems to control stock movements, reconcile records, and produce reports.
- Demonstrated results in improving inventory accuracy, reducing losses, resolving discrepancies, and supporting production and customer dispatch.
- Experience handling raw materials, production materials, and finished goods; textile industry experience is an advantage.
- Higher education; a degree in Logistics, Supply Chain Management, Business Administration, or a related field is preferred.
Required Skills:
- Strong leadership, task delegation, and employee performance management.
- Sound knowledge of inventory controls, cycle counts, stock reconciliation, warehouse documentation, and FIFO/FEFO principles.
- Strong analytical skills and practical Excel skills for inventory analysis and reporting.
- Ability to make timely decisions, prioritize under pressure, and resolve operational problems.
- Clear communication and effective coordination across Production, Procurement, Sales, Logistics, and Finance.
- Integrity, accountability, attention to detail, and a strong commitment to safety.
Performance Expectations:
- Performance will be assessed against agreed targets for inventory accuracy, timely ERP recording, production material supply, dispatch accuracy and timeliness, stock losses and damage, discrepancy closure, and safety compliance.
Please send your CV to the e-mail address in the Apply for job button with the subject line Warehouse Manager. Include a brief example of how you improved inventory accuracy, reduced warehouse losses, or resolved a recurring stock-control problem, with measurable results where available.
Anbar meneceri
Vəzifə haqqında
- GILTEX istehsalat mühitində komanda idarəçiliyi və ehtiyatlara nəzarətin təkmilləşdirilməsi üzrə sübut olunmuş təcrübəyə malik təşəbbüskar anbar meneceri axtarır. Bu vəzifə faktiki anbar qalıqları ilə ERP sistemindəki məlumatların uyğunluğuna, mal və material itkilərinin qarşısının alınmasına, istehsalatın materiallarla vaxtında təmin edilməsinə və müştərilərə məhsulların düzgün və vaxtında göndərilməsinə cavabdehdir.
- Seçiləcək namizəd anbarın fəaliyyət nəticələrinə görə məsuliyyət daşımalı, riskləri erkən müəyyən etməli, uyğunsuzluqları operativ həll etməli və İstehsalat, Satınalma, Satış, Logistika və Maliyyə şöbələri ilə sıx əməkdaşlıq etməlidir.
Əsas vəzifə öhdəlikləri
- Qəbul, yoxlama, saxlama, materialların buraxılışı, geri qaytarmaların qəbulu, yükləmə və göndərmə daxil olmaqla anbar əməliyyatlarını idarə etmək; təhlükəsiz və səmərəli iş proseslərini təmin etmək.
- Bütün mal və material hərəkətlərinin səlahiyyətli şəxslər tərəfindən təsdiqlənməsini, sənədlərlə əsaslandırılmasını və ERP sistemində düzgün və vaxtında qeyd edilməsini təmin etmək; məhsul, partiya və yerləşmə yeri üzrə izlənməni təmin etmək.
- Saxlanma, etiketləmə və ehtiyatların istifadə və buraxılış ardıcıllığını təşkil etmək, uyğun hallarda FIFO və FEFO prinsiplərini tətbiq etmək; materialları və hazır məhsulları zədələnmədən və keyfiyyətin pisləşməsindən qorumaq.
- Material ehtiyaclarını qabaqcadan müəyyənləşdirmək üçün İstehsalat və Satınalma şöbələri ilə koordinasiya qurmaq, ehtiyat səviyyələrinə nəzarət etmək və çatışmazlıqlar istehsalata təsir etməzdən əvvəl aidiyyəti rəhbərliyə məlumat vermək.
- Göndərmə tələblərinin yerinə yetirilməsi üçün Satış və Logistika şöbələri ilə koordinasiya qurmaq; məhsul buraxılmazdan əvvəl miqdarı, məhsulun sifarişə uyğunluğunu, vəziyyətini və müşayiətedici sənədləri yoxlamaq.
- Maliyyə şöbəsi ilə birlikdə müntəzəm dövri sayımlar və dövri tam inventarizasiyalar aparmaq; fərqləri araşdırmaq, əsas səbəbləri müəyyənləşdirmək və düzəldici tədbirlər həyata keçirmək.
- İcazəsiz mal və material hərəkətlərinin, itkilərin və səhv yükləmələrin qarşısını alan nəzarət mexanizmləri qurmaq; hadisələr barədə dərhal məlumat vermək və tədbirlərin tam icrasını izləmək.
- Yavaş dövriyyəli, istifadəyə yararsız və ya köhnəlmiş və zədələnmiş ehtiyatları izləmək; artıq ehtiyatları azaltmaq və anbar sahəsindən daha səmərəli istifadə etmək üçün aidiyyəti şöbələrlə birlikdə tədbirlər təklif etmək.
- İşçi qüvvəsinə ehtiyacı və növbələri planlaşdırmaq, vəzifələri bölüşdürmək, əməkdaşlara təlim keçmək və komandanın fəaliyyətini dəqiqlik, məhsuldarlıq və intizam tələblərinə uyğun idarə etmək.
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, iş yerində səliqə və təmizlik və materialların təhlükəsiz daşınması tələblərinə riayət olunmasını təmin etmək.
- Anbarın əsas fəaliyyət göstəriciləri, əməliyyat riskləri, həll olunmamış uyğunsuzluqlar və düzəldici tədbirlər barədə rəhbərliyə hesabat vermək.
Təhsil və təcrübə
- Anbar, logistika və ya ehtiyatların idarə olunması sahəsində minimum beş il iş təcrübəsi; bunun ən azı üç ili istehsalat və ya sənaye mühitində anbarın və onun komandasının idarə olunması üzrə olmalıdır.
- Mal və material hərəkətlərinə nəzarət, uçot məlumatlarının üzləşdirilməsi və hesabatların hazırlanması üçün ERP və ya anbar idarəetmə sistemlərindən istifadə üzrə sübut olunmuş praktiki təcrübə.
- Ehtiyatların uçot dəqiqliyinin artırılması, itkilərin azaldılması, uyğunsuzluqların həlli, istehsalatın təmin edilməsi və müştərilərə məhsul göndərilməsinin dəstəklənməsi üzrə konkret nəticələr.
- Xammal, istehsalat materialları və hazır məhsullarla iş təcrübəsi; tekstil sənayesində təcrübə üstünlükdür.
- Ali təhsil; Logistika, Təchizat zəncirinin idarə edilməsi, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə təhsilə üstünlük verilir.
Tələb olunan bacarıqlar
- Güclü liderlik, tapşırıqların bölüşdürülməsi və əməkdaşların fəaliyyət nəticələrinin idarə olunması bacarıqları.
- Ehtiyatlara nəzarət, dövri sayımlar, anbar qalıqlarının üzləşdirilməsi, anbar sənədləşməsi və FIFO/FEFO prinsipləri üzrə yaxşı biliklər.
- Ehtiyatların təhlili və hesabatların hazırlanması üçün güclü analitik bacarıqlar və Excel üzrə praktiki biliklər.
- Vaxtında qərar vermək, gərgin şəraitdə prioritetləri müəyyənləşdirmək və əməliyyat problemlərini həll etmək bacarığı.
- Aydın ünsiyyət və İstehsalat, Satınalma, Satış, Logistika və Maliyyə şöbələri arasında səmərəli koordinasiya bacarığı.
- Dürüstlük, məsuliyyət, detallara diqqət və təhlükəsizlik tələblərinə ciddi yanaşma.
Fəaliyyətin qiymətləndirilməsi
- Fəaliyyət nəticələri ehtiyatların uçot dəqiqliyi, ERP sistemində vaxtında qeydiyyat, istehsalatın materiallarla təmin edilməsi, göndərmələrin düzgünlüyü və vaxtında icrası, mal və material itkiləri və zədələnmələri, uyğunsuzluqların aradan qaldırılması və təhlükəsizlik tələblərinə uyğunluq üzrə razılaşdırılmış hədəflərlə qiymətləndiriləcək.
CV-nizi məktubun mövzu hissəsində “Anbar meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Ehtiyatların uçot dəqiqliyini necə artırdığınız, anbar itkilərini necə azaltdığınız və ya ehtiyatlara nəzarətlə bağlı təkrarlanan problemi necə həll etdiyiniz barədə qısa nümunə əlavə edin; mümkün olduqda ölçülə bilən nəticələri göstərin.
Oxşar vakansiyalar
Məhsul üzrə menecer köməkçisi
Kontakt Home • Bakı
Anbardar
Profkosmetik LLC • Bakı
Sürücü
Halal Food MMC • Bakı
SƏTƏM üzrə mütəxəssis
Oba Market MMC • Bakı
Moto kuryer
Möhürcü MMC • Bakı
Nəqliyyat vasitələrinin rəngsazı (avtomobil rəngsazı)
“Azlogistika and Management Services” ASC • Bakı