G

GL ASC

Son tarix: 13 İyul 2026

Xaçmaz filialı Kredit Mütəxəssisi Vakansiyası

Maliyyə və MühasibatlıqBakıTam Ştat13 İyun 202630

Müsahibə əsasında

Vakansiya haqqında

GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Xaçmaz filialında çalışmaq üçün 2 və 3-cü kateqoriyalı Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas Vəzifələr:

  • Aktiv satış fəaliyyətlərinin təşkili və potensial müştərilərin cəlb edilməsi;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqələrin qurulması;
  • Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə təqdim etmək və rəsmiləşdirmək;
  • Yeni kredit məhsulları və satış metodları ilə bağlı təşəbbüskarlıq göstərmək;
  • Müştərilərə operativ xidmət göstərmək, uzunmüddətli əməkdaşlıq üçün şərait yaratmaq və daxil olan şikayətləri operativ şəkildə həll etmək;
  • Kredit analiz müraciətlərinin vaxtında icrası və kreditləşmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Tələblər:

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Ali və ya natamam ali təhsil;
  • Fərdi və komanda şəklində işləmə bacarığı;
  • Kişi namizədlərə üstünlük verilir (arzuolunandır);
  • Bank, bank olmayan kredit təşkilatları və ya lombardlarda kredit mütəxəssisi kimi təcrübəyə malik olan namizədlərə üstünlük verilir;
  • Yüksək ünsiyyətqurma bacarığı və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmə bacarığı.

İş Qrafiki və Təkliflər:

  • İş günləri: Bazar ertəsi - Cümə, saat 09:00 - 18:00;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
  • Əlavə olaraq əməkhaqqının iki misli qədər bonus qazanmaq imkanı.
  • Müraciət qaydası:
  • Maraqlanan şəxslər CV-lərini “Xaçmaz filialı Kredit Mütəxəssisi Vakansiyası” başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
    📧 [email protected]
  • ➡️ Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
    📌 Qeyd: Göndərilən bütün CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.

Oxşar vakansiyalar