H

HR-Port

Son tarix: 24 İyul 2026

Xaricdə təhsil üzrə ekspert (Konsultant)

Təhsil və TəlimBakıTam Ştat9 İyun 202621

2000

Vakansiya haqqında

  1. Xaricdə təhsil almaq istəyən tələbələrə və valideynlərə ölkələr, universitetlər, proqramlar və təqaüd imkanları barədə ətraflı məsləhət (konsultasiya) vermək;
  2. Tələbələrin akademik göstəricilərinə və büdcələrinə uyğun olaraq düzgün universitet və ixtisas seçiminə köməklik göstərmək;
  3. Universitetlərə qəbul (Application) prosesini idarə etmək, lazımi sənədlərin (CV, motivasiya məktubu, tövsiyə məktubu və s.) hazırlanmasına dəstək olmaq;
  4. Viza müraciəti prosesində tələbələrə bələdçilik etmək və sənədlərin toplanmasına nəzarət etmək;
  5. Şirkətin tərəfdaş xarici universitetləri ilə rəsmi yazışmaları və kommunikasiyanı həyata keçirmək;
  6. Potensial müştərilərin məlumat bazasını saxlamaq və mütəmadi olaraq izləmək (Follow-up).

Tələblər:

  1. Təhsil: Ali təhsil (Xaricdə təhsil almış namizədlərə üstünlük verilir);
  2. Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək, İngilis dili (ən azı B2 səviyyəsində);
  3. Çin və ya Ərəb dili bilikləri olan namizədlərə xüsusi üstünlük veriləcəkdir;
  4. Təcrübə: Xaricdə təhsil sahəsində minimum 3 il iş təcrübəsi;
  5. Avropa, Amerika, Böyük Britaniya və ya Türkiyə təhsil sistemləri və viza prosedurları barədə məlumatlı olmaq;
  6. Ünsiyyətcil, punktual, müştəriyönümlü və yüksək təqdimat bacarıqlarına malik olmaq;
  7. Stressə davamlılıq və komandada işləmək bacarığı.

Oxşar vakansiyalar