iSchool Təhsil Mərkəzi
Xaricdə təhsil üzrə koordinator
800 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
1. Tələbələr, valideynlər və universitet nümayəndələri ilə görüşlərin planlaşdırılmasında Xaricdə təhsil üzrə mütəxəssisə dəstək olmaq.
2. Görüş təqvimlərini idarə etmək, xatırlatmalar etmək və görüşlərin düzgün təşkilini təmin etmək.
3. Tələbə müraciətləri, sənədlər və yazışmalarla bağlı məlumatları sistemli şəkildə müvafiq platformalarda saxlamaq.
4. Xarici universitetlər, proqramlar, təqaüdlər və viza tələbləri üzrə araşdırmalar aparmaq.
5. Müraciət tarixlərini, qəbul şərtlərini və xaricdə təhsil sahəsindəki yenilikləri mütəmadi izləmək.
6. Universitet müraciətlərinin gedişatını Xaricdə təhsil üzrə mütəxəssislə birlikdə nəzarətdə saxlamaq.
7. Tələbələrin universitet müraciət formalarının düzgün doldurulmasına dəstək göstərmək.
8. Akademik transkript, arayışlar, tövsiyə məktubları, test nəticələri və digər sənədlərin toplanmasını və izlənməsini təmin etmək.
9. Tələbələrin xarici universitetlərə qəbul şansını artıracaq portfolionun formalaşdırılması prosesini koordinasiya etmək.
10. Universitetlərlə müraciətlərin gedişatı və əlavə sənəd tələbləri ilə bağlı yazışmalar aparmaq.
11. Konsultasiyalardan sonra potensial müştərilərlə əlaqə saxlamaq və xidmətlə bağlı detallı məlumatlandırmaq
12. Telefon, e-poçt və digər kommunikasiya kanalları vasitəsilə daxil olan sorğulara vaxtında cavab vermək.
13. Tələbələrin təqdim etdiyi məlumatlar əsasında motivasiya məktubları hazırlamaq.
14. Tələbələr tərəfindən təqdim olunan məlumatlar əsasında tövsiyə məktubları hazırlamaq.
15. Müraciət sənədlərini təqdim olunmazdan əvvəl redaktə/korrektə etmək.
16. Tələbələr və ya digər əməkdaşlar tərəfindən hazırlanmış sənədləri yoxlamaq və təkmilləşdirmək.
17. Tələbə müraciətləri və görülən işlər barədə gündəlik və həftəlik hesabat təqdim etmək.
18. Həftəlik və aylıq fəaliyyət hesabatları hazırlamaq.
19. İş proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
20. Zərurət yarandıqda iş saatlarından kənar təcili sorğulara cavab vermək.
Əsas tələblər:
• Müvafiq sahədə minimum 1-3 il təcrübə;
• Minimum bakalavr dərəcəsi;
• Pozitiv, tələbələrlə rahat ünsiyyət qura bilən və işini sevən namizədlər;
• İşinə qarşı həvəsli, məsuliyyətli, yeniliklərə açıq olmalı.
• Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
• Detallara diqqət və analitik düşüncə qabiliyyəti.
• MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş şərtləri:
• İş günləri: 1-6-cı günlər, bazar günü istirahət;
• Tam-ştat iş rejimi;
• İş saatları: 10:00-18:00;
• Əmək haqqı: Minimum 800 AZN, namizədin bilik və bacarığına əsasən dəyişə bilər.
Bizimlə çalışmağın üstünlükləri:
• Fərdi və komanda şəklində inkişaf; (əməkdaşlar üçün təlimlər təşkil edilir)
• Mərkəzin təqdim etdiyi xidmətlərdən tam ödənişsiz şəkildə yaralanma hüququ.
Qeyd: Namizədlərin Rus dili biliyinin olması üstünlükdür.
Uyğun namizədlər CV-lərini (Müraciət anketi) müvafiq başlıq adı altında [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
Dayə
MAYA UŞAQ BAĞÇASI • Bakı
Ausbildung üzrə Təhsil Mütəxəssisi
Berlin Academy • Bakı
Alman dili müəllimi
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi • Bakı
Təlim inzibatçısı
Azfen MMC • Bakı
English Language Instructor
Velocis Solutions • Bakı
IB MYP English Language Acquisition Teacher (2026-2027 Academic Year)
Avropa Azərbaycan Məktəbi • Bakı