U

UpGrade Education & Consulting

Son tarix: 3 Oktyabr 2026

Xaricdə təhsil üzrə mütəxəssis

Təhsil və TəlimBakıYarım Ştat24 Avqust 202690

Vakansiya haqqında

UpGrade Education & Consulting partnyor axtarır: Xaricdə təhsil üzrə mütəxəssis (Bakalavr, Master & Təqaüd)

Biz işçi yox, partnyor axtarırıq, öz nəticəsinə görə qazanan, işini ürəkdən sahiblənən birini.

UpGrade Education & Consulting 2019-cu ildən tələbələri dünyanın aparıcı universitetlərinə göndərir. İndi komandamıza bakalavr və magistr qəbulları, təqaüd strategiyaları üzrə güclü bir mütəxəssis axtarırıq.

Nə iş görəcəksən:

  • Tələbələr üçün bakalavrmagistr proqramları, təqaüd strategiyaları qurmaq
  • Avropa, Asiya və digər əsas təhsil regionları üzrə universitet və dövlət təqaüdlərinə müraciətlər hazırlamaq
  • Tələbənin profilinə uyğun universitet, proqram və təqaüd seçmək
  • Müraciət sənədlərini koordinasiya etmək (motivasiya və tövsiyə məktubları bizim tərəfimizdən təmin olunur)
  • Tələbələrə və rəhbərliyə həftəlik hesabat vermək

Kimi axtarırıq:

  • Xaricdə təhsil sahəsində minimum 2 il təcrübə
  • Təqaüdlər üzrə real təcrübə (DAAD, Erasmus Mundus, Swedish Institute və universitet daxili təqaüdlər)
  • Çox güclü araşdırma bacarığı, yeni proqramları, deadline-ları və təqaüd imkanlarını özün tapıb dərinə gedə bilməlisən
  • Yüksək intizam və məsuliyyət hissi
  • Viza prosesindən xəbərdar olmaq böyük üstünlükdür
  • İngilis dili minimum B2, Rus dili üstünlükdür
  • Güclü ünsiyyət bacarığı və analitik düşüncə

Şərtlər:

  • Hibrid — Bakı (əyani + onlayn)
  • Tam ştat üstünlükdür, yarımştat da mümkündür
  • Sabit maaş yox — nəticəyə əsaslanan partnyorluq modeli. Qazancın tamamilə nəticənə bağlıdır və yuxarı həddi yoxdur; güclü mütəxəssis burada bazar ortalamasından qat-qat çox qazanır. Detalları müsahibədə danışırıq.

Oxşar vakansiyalar