Victory Group
Xaricdə təhsil üzrə mütəxəssis ( Avropa, Amerika ,Çin və s. ölkələr üzrə)
600 ₼
Vakansiya haqqında
Əsas vəzifələr:
Avropa, ABŞ, Çin və digər ölkələr üzrə universitet və təhsil sistemlərini peşəkar səviyyədə araşdırmaq və bilmək;
Bakalavr, magistr, doktorantura və digər təhsil proqramları üzrə qəbul proseslərini idarə etmək;
Tələbənin akademik göstəricilərinə, büdcəsinə və karyera məqsədlərinə uyğun universitet və proqram seçmək;
Hər bir tələbə üçün fərdi qəbul strategiyası hazırlamaq;
Universitetlərin qəbul tələbləri, deadline-ları, sənədləri və müraciət prosedurlarını dəqiq bilmək;
Təqaüd və maliyyə dəstəyi imkanlarını araşdırmaq və tələbələr üçün uyğun strategiyalar hazırlamaq;
IELTS, TOEFL, SAT, GRE, GMAT, Duolingo və digər beynəlxalq imtahanların qəbul prosesində rolunu bilmək;
Motivasiya məktubu, CV, Recommendation Letter, Portfolio və digər qəbul sənədlərinin hazırlanması prosesinə nəzarət etmək;
Universitet müraciətlərinin bütün mərhələlərini koordinasiya etmək;
Tələbə və valideynlərlə peşəkar kommunikasiya qurmaq;
Təhsil sahəsində yeni qəbul qaydalarını, proqramları, təqaüdləri və universitet dəyişikliklərini daim izləmək; Şirkətin qəbul strategiyalarının və xidmət keyfiyyətinin inkişafına töhfə vermək.
Namizədə tələblər:
Xaricdə təhsil sahəsində ən azı 2 il peşəkar iş təcrübəsi;
Avropa, ABŞ, Çin və digər əsas təhsil istiqamətləri üzrə geniş və praktiki bilik;
Universitet qəbul sistemlərini və müraciət platformalarını yaxşı bilmək;
Təqaüd proqramları və scholarship strategiyaları üzrə təcrübə;
Qəbul prosesinin yalnız sənəd toplamaqdan ibarət olmadığını anlayan və strateji yanaşma qura bilən mütəxəssis;
Güclü analitik və araşdırma bacarığı;
Detallara yüksək diqqət;
Tələbə və valideynlərlə düzgün kommunikasiya qurmaq bacarığı;
Nəticəyönümlülük və məsuliyyətlilik;
İngilis dili – yüksək səviyyədə (minimum B1-B2); Azərbaycan dili – səlis danışıq və yazı; Rus dili bilməsi üstünlükdür.
Əgər siz özünüzü bu sahədə güclü mütəxəssis hesab edirsinizsə v, CV-nizi [email protected] göndərin.
Oxşar vakansiyalar
Xaricdə təhsil üzrə mütəxəssis
iSchool Təhsil Mərkəzi • Bakı
Barkodçu
Sandoz MMC • Bakı
Chinese language teacher
Avropa Azərbaycan Məktəbi • Bakı
SAT Verbal praktika müəllimi
Star Colleges • Bakı
Müəllim
Uni Skills • Bakı
Pre-SAT Math Teacher
iSchool Təhsil Mərkəzi • Bakı