P
PASHA Bank
Xarici Kommunikasiya üzrə Baş Mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Mətbuat konfransları təşkil etmək və onların ölkənin əsas kütləvi informasiya vasitələrində geniş əhatəyə malik olmasını təmin etmək;
- Bankın mediada qazanılmış əhatə dairəsinin genişləndirilməsi üçün ölkənin aparıcı media qurumlarının jurnalistləri ilə sıx əlaqələr yaratmaq və qoruyub saxlamaq;
- Müsahibələr və əhatə dairəsinin genişləndirilməsi üçün jurnalistlər və digər media əməkdaşlarından gələn sorğuları cavablandırmaq;
- Xarici kommunikasiya planlarına uyğun olaraq yerli və beynəlxalq media, bankın xarici (internet) və daxili (intranet) vebsaytları və digər xarici və daxili nəşrlər (Baş İcraçı Direktordan gələn mütəmadi məktublar daxil olmaqla) üçün məzmunu hazırlamaq, redaktə etmək və təsdiqləmək;
- Bankın daxili və xarici veb portallarının ümumi şəkildə idarə edilməsini təmin etmək;
- Bankın “İllik” və “Davamlılıq” Hesabatlarının hazırlanması üzrə təşəbbüs göstərmək, planlaşdırmaq, büdcələndirmək və Bankın departamentlər arası koordinasiyasını təşkil etmək;
- Bankın mediada optimal əhatə dairəsinə malik olmasını təmin etmək; Bankın və onun əsas rəqiblərinin cari maliyyə və bankla əlaqəli məsələlərini və qeydlərini daimi monitorinq və təhlil etmək; Aylıq/illik analiz aparmaq;
- Peşəkar auditoriya, iqtisadi araşdırma mərkəzləri və ixtisaslaşdırılmış dövri nəşrlərlə əlaqələri inkişaf etdirmək;
- “Baş icraçı direktorla səhər yeməyi”/”İdarə Heyətinin üzvləri ilə səhər yeməyi”/Baş icraçı direktorla nahar” layihələri həyata keçirmək; Bankın əməliyyatlarının təkmilləşdirilməsi üçün təkliflərin icra edilməsinə dair prosesləri koordinasiya etmək və hesabat vermək (Baş icraçı direktora və işçilərə); “PAŞA Holdinq”- də həyata keçirilən eyni layihəsi üzrə işlərin koordinasiyası və PBA aid məsələlər üzrə mütəmadi olaraq baxmaq/icra olunması üzrə işi təşkil etmək;
- PBA, PBT və PBG birləşdirən “NOVA” daxili rüblük jurnalını planlaşdırmaq, hazırlamaq və nəşr etmək.
Tələblər
- Təhsil səviyyəsi və istiqaməti: Bakalavr təhsili (Jurnalistika);
- İş təcrübəsi (il və/və ya sahə olaraq): Müvafiq sahədə ən az 4+ il;
- Kompüter bilikləri: MS Office proqramları;
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis (sərbəst);
- Digər: Yaradıcılıq, tez uyğunlaşma və auditoriya qarşısında çıxış etmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
T
17 İyul 2026
Журналист
Trend News Agency • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
9 İyul 2026
Sosial media meneceri
Admiral • Bakı
Tam Ştat
600 ₼Müraciət et
B
8 İyul 2026
Jurnalist (TV)
Baku Tv • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
7 İyul 2026
Freelance jurnalist
Global Media • Bakı
Remote
800 ₼Müraciət et
I
19 İyun 2026
Sosial media meneceri
Ishesabi • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
13 İyun 2026
Sosial Media meneceri
Admiral • Bakı
Tam Ştat
600 ₼Müraciət et