Bio Estetik MMC 

Bio Estetik MMC 

Son tarix: 5 Dekabr 2026

Xarici Satınalma üzrə Kiçik Mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat5 Noyabr 2026263

Müsahibə əsasında

Vakansiya haqqında

Biz nə təklif edirik?
  • Satınalma proseslərinin və şirkətin daxili satınalma prosedurlarının öyrənilməsi;
  • Satınalma və təchizat zəncirinin idarə olunması sahəsində praktiki təcrübə;
  • Peşəkar və inkişafyönümlü iş mühiti;
  • Namizədin bilik və bacarıqlarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
     
İş şəraiti:
  • İş yeri: Bakı, ofisdaxili
  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 , Şənbə: 10:00 – 18:00
  • Əməkhaqqı: Razılaşma yolu ilə
     
 
Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Xarici Satınalma üzrə Kiçik Mütəxəssis" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər:

  • Satınalma, təchizat və ya logistika sahəsində 1 ildən artıq iş təcrübəsi;
  • İngilis dili – mütləq;
  • Rus dili – mütləq;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Yüksək ünsiyyət, danışıqlar aparmaq və araşdırma bacarığı;
  • Məsuliyyətli, diqqətli və analitik təfəkkürlü olmaq;
  • Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq.

Vəzifə öhdəlikləri:

  • Yerli və xarici təchizatçıların araşdırılması, yeni təchizatçı bazasının formalaşdırılması;
  • Məhsul və avadanlıqlar üzrə qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
  • Təchizatçılarla danışıqların və yazışmaların aparılması;
  • Məhsullar üzrə kataloq, qiymət və texniki göstəricilər haqqında məlumatların əldə olunması;
  • Satınalma sifarişlərinin hazırlanması və tədarük prosesinin izlənilməsi;
  • Sənədləşmə, logistika və gömrük/idxal proseslərinə dəstək göstərilməsi;
  • Təchizatçılarla mövcud əlaqələrin idarə olunması və koordinasiyası.
     

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar