C

Cronos Construction

Son tarix: 17 Sentyabr 2026

Xəritə Mühəndisi

MühəndislikBakıTam Ştat17 Avqust 202663

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Layihə ərazisi

İş rejimi: Tam iş günü

İşin təsviri

  • Cronos Construction şirkətində həyata keçirilən tikinti layihələri üzrə topoqrafik, geodezik və xəritələndirmə işlərinin aparılması, ölçmə nəticələrinin emalı və layihə tələblərinə uyğunluğunun təmin edilməsi üçün *Xəritə Mühəndisi* axtarılır.

Vəzifə öhdəlikləri

  • Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər və çöl nəzarət cədvəllərinin hazırlanması;
  • Geodeziya və mühəndislik avadanlıqlarından istifadə etməklə layihənin icrası üçün zəruri nöqtələrin müəyyən edilməsi;
  • Nivelir, teodolit, Total Station və GPS/GNSS avadanlıqlarından istifadə etməklə ölçmə işlərinin aparılması;
  • Əsas nöqtələrin koordinatlarının, sərhədlərinin və yüksəkliklərinin müəyyən edilməsi;
  • Topoqrafik çəkilişlərin aparılması və ölçmə nəticələrinin qeydiyyata alınması;
  • Topoqrafik və geodezik məlumatların emalı və təhlili;
  • Layihə çertyojlarının ərazi üzrə düzgün tətbiqinə nəzarət;
  • Tikinti işlərinin layihə koordinatlarına və yüksəkliklərinə uyğunluğunun yoxlanılması;
  • Topoqrafik təhvil-təslim və yoxlanış sənədlərinin hazırlanması;
  • Geodeziya aktlarının və digər texniki sənədlərin hazırlanması;
  • Tikinti-quraşdırma işlərinin və material həcmlərinin hesablanması;
  • Ölçmə və geodezik işlər üzrə hesabatların hazırlanması;
  • Xəritə və CİS məlumatlarının yenilənməsi;
  • Layihə üzrə mühəndis və texniki heyətlə koordinasiyalı fəaliyyət göstərilməsi.

Vəzifə tələbləri

  • Geodeziya, Kartoqrafiya, Xəritəçilik, Coğrafiya, Geomatika və ya uyğun ixtisas üzrə ali təhsil;
  • Xəritə mühəndisi/geodeziya mühəndisi kimi minimum 5 il iş təcrübəsi;
  • CİS (GIS) sahəsində minimum 3 il iş təcrübəsi;
  • Tikinti layihələrində geodeziya və topoqrafiya işləri üzrə praktiki təcrübə;
  • AutoCAD, Civil 3D, Netcad və digər müvafiq proqramlarda işləmə bacarığı;
  • ArcGIS, QGIS, ERDAS və digər CİS texnologiyaları üzrə bilik;
  • Total Station, Nivelir, Teodolit və GPS/GNSS avadanlıqları ilə işləmə bacarığı;
  • Topoqrafik təhvil-təslim və yoxlanış sənədlərinin hazırlanması üzrə təcrübə;
  • Geodeziya aktlarının hazırlanmasını bilməli;
  • Tikinti-quraşdırma işlərinin və material həcmlərinin hesablanmasını bacarmalı;
  • Koordinat sistemləri, proyeksiya, datum, geoid və məkan məlumatları üzrə biliklər;
  • Texniki sənədləri və tikinti layihələrini oxuma bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı.

Üstünlük hesab olunur

  • Böyük tikinti və infrastruktur layihələrində iş təcrübəsi;
  • Civil 3D və Netcad proqramlarında yüksək səviyyədə praktiki bilik;
  • GNSS/RTK ölçmələri üzrə təcrübə;
  • CİS məlumat bazalarının yaradılması və idarə edilməsi üzrə təcrübə

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini “Xəritə Mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar