F
Facility Management Group
Yanğın təhlükəsizliyi üzrə aparıcı mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Şirkətimiz yanğın təhlükəsizliyi sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edəcək Yanğın təhlükəsizliyi üzrə aparıcı mütəxəssis axtarır. Namizəd yanğın risklərinin qiymətləndirilməsi, mövcud sistemlərə nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsində iştirak edəcək.
Vəzifə öhdəlikləri
- Yanğın təhlükəsizliyi üzrə risklərin qiymətləndirilməsi və təhlilinin aparılması;
- Yanğın xəbərdaredici siqnalizasiya və yanğınsöndürmə sistemlərinin (odsöndürən balonlar, sulu söndürmə, FM200 və s.) monitorinqinin həyata keçirilməsi;
- Sistemlərə texniki xidmət göstərən podratçı şirkətlərin fəaliyyətinə nəzarət edilməsi;
- Yanğın əməliyyat planlarının hazırlanmasının təşkili;
- FHN tərəfindən keçirilən yoxlamaların təşkili və koordinasiya olunması;
- Yanğın hadisələrinin araşdırılması, potensial təhlükələrin müəyyənləşdirilməsi və profilaktik tədbirlərin təklif olunması;
- Yanğın təhlükəsizliyi üzrə normativ tələblərin və yeni texnologiyaların izlənilməsi;
- Görülmüş işlər və təhlükəsizlik tədbirləri üzrə hesabatların hazırlanması.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Yanğın təhlükəsizliyi sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Yanğın təhlükəsizliyi qaydaları, standartları və texniki sistemləri üzrə biliklər;
- Yanğın təhlükəsizliyi idarəetməsi üzrə sertifikatların olması üstünlükdür;
- Normativ və texniki sənədlərlə işləmək bacarığı;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Detallara diqqət və təhlükəsizlik məsələlərinə məsuliyyətli yanaşma.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Könüllü tibbi sığorta
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Şəhər mərkəzində ofis
- Korporativ tədbirlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
I
Bugün
Turner (Offshore Construction Vessel)
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Z
26 İyun 2026
Təsərrüfat işləri üzrə fəhlə
Zeytun Pharmaceuticals • Bakı
Tam Ştat
600 ₼Müraciət et
O
26 İyun 2026
Fəhlə
Omid Mağazalar şəbəkəsi • Bakı
Tam Ştat
530 ₼Müraciət et
T
26 İyun 2026
Elektrik
Trametos • Sumqayıt
Tam Ştat
1300 ₼Müraciət et
O
25 İyun 2026
Təmir və Texniki xidmət üzrə şöbə müdiri
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
25 İyun 2026
Təmir-tikinti işləri üzrə menecer
AGA Group • Bakı
Tam Ştat
1800 ₼Müraciət et