C

Company

Son tarix: 14 Avqust 2026

Yay düşərgəsi üzrə animator

Səhiyyə və TibbŞamaxıTam Ştat14 İyul 202631

Müsahibə əsasında

Vakansiya haqqında

Yay Düşərgəsi üzrə Animator – Vəzifə Təlimatı

• Ünvan : Şamaxı rayonu

• Tam iş qrafiki

• Açıq və qapalı məkanlarda fəaliyyət

• Düşərgə ərazisində qalmaq imkanı

• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə

• Əmək haqqı həftəlik 200 manat (düşərgələr həftəlik təşkil olunur)

• Layihənin şərtlərinə uyğun olaraq qidalanma və yaşayış təminatı

• CV-zi [email protected] ünvanına göndərə bilərsiniz

 

Tələblər:

• Ali və ya orta ixtisas təhsili (Pedaqogika, Psixologiya, Mədəniyyət, İdman, Turizm və ya əlaqəli sahələr üstünlükdür)

• ⁠EYP/MUN/Gənclər təşkilatlarında aktiv olmuş

• Uşaqlarla işləmək və ya animator kimi təcrübə üstünlük hesab olunur

• Oyun və tədbirləri idarə etmək bacarığı

• Güclü ünsiyyət və təqdimat bacarığı

• Komandada işləmək və təşkilatçılıq bacarığı

• İlk tibbi yardım üzrə biliklər üstünlükdür

Şəxsi keyfiyyətlər

• Enerjili və pozitiv

• Yaradıcı düşüncəli

• Ünsiyyətcil və mehriban

• Səbirli və məsuliyyətli

• Liderlik və təşəbbüskarlıq bacarığı

• Stressə davamlı və çevik.

 

Vəzifə öhdəlikləri:

Vəzifənin məqsədi

Yay düşərgəsində iştirak edən uşaqların asudə vaxtının səmərəli təşkilini təmin etmək, onların yaş xüsusiyyətlərinə uyğun əyləncəli, yaradıcı, idman və komanda fəaliyyətlərini hazırlamaq və həyata keçirmək, uşaqların aktiv və təhlükəsiz mühitdə inkişafına töhfə vermək.

• Uşaqlar üçün gündəlik əyləncə və asudə vaxt proqramlarını hazırlamaq və həyata keçirmək

• Yaş qruplarına uyğun oyunlar, yarışlar, komanda quruculuğu fəaliyyətləri və interaktiv proqramlar təşkil etmək

• Yaradıcılıq, musiqi, rəqs, teatr və digər əyləncə tədbirlərini aparmaq

• Açıq hava və idman fəaliyyətlərinin təşkilində iştirak etmək

• Uşaqların bütün proqramlarda aktiv iştirakını təşviq etmək

• Tədbirlər zamanı uşaqların təhlükəsizliyinə və nizam-intizama nəzarət etmək

• İştirakçılar arasında müsbət və inklüziv mühit formalaşdırmaq

• Tədbirlər üçün lazım olan inventar və materialların hazırlanmasına kömək etmək

• Uşaqlarla etik davranış qaydalarına riayət etmək və onların rifahını daim diqqətdə saxlamaq

• Fövqəladə hallarda müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun hərəkət etmək

• Koordinator və ya düşərgə rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Məsuliyyəti

• Təşkil etdiyi fəaliyyətlərin keyfiyyətinə və təhlükəsiz keçirilməsinə görə

• Uşaqlarla etik və peşəkar davranışa görə

• İstifadəsinə verilmiş avadanlıq və inventarın qorunmasına görə

• Daxili intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına görə.

Oxşar vakansiyalar