B

Baku TV

Son tarix: 14 Noyabr 2026

Youtube üzrə mütəxəssis

Dizayn və YaradıcılıqBakıTam Ştat14 Oktyabr 202670

Müsahibə əsasında

Vakansiya haqqında

"Baku TV" Youtube üzrə mütəxəssis vakansiyası elan edir. 

Öhdəliklər:

  • Videoların YouTube kanallarına operativ yüklənməsi, yayımlanması və yayım cədvəlinin idarə edilməsi;
  • Materiallara uyğun diqqətçəkən və məzmunu düzgün əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin hazırlanması;
  • Video üzlüklərinin (thumbnail) hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və nəticənin yoxlanılması;
  • YouTube Shorts üçün uyğun materialların seçilməsi və müntəzəm paylaşılması;
  • Pleylistlərin yaradılması və yenilənməsi, videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi;
  • YouTube Analytics vasitəsilə baxış, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin təhlili;
  • Kanalın böyüməsi və kontentin nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
  • Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya statusunun izlənilməsi, problemlər barədə rəhbərliyin məlumatlandırılması;
  • Redaksiya, montaj, dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili.

Tələblər:

  • Youtube kanallarının idarə olunması üzrə praktiki təcrübə;
  • Youtube Studio və YouTube Analytics ilə işləmək bacarığı;
  • Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;
  • Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək bacarığı;
  • YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında biliklər;
  • Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı;
  • YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər üstünlükdür.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına öz CV-lərinizi göndərə bilər və ya https://cv.management.az/vacancy/125 linkə daxil olub müraciət edə bilərlər.

Oxşar vakansiyalar