
Baku TV
Youtube üzrə mütəxəssis (gecə növbəsi)
Müsahibə əsasında
Vakansiya haqqında
Baku TV" Youtube üzrə mütəxəssis (gecə növbəsi) vakansiyası elan edir.
Öhdəliklər:
- Videoların YouTube kanallarına operativ yüklənməsi, yayımlanması və yayım cədvəlinin idarə edilməsi;
- Materiallara uyğun diqqətçəkən və məzmunu düzgün əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin hazırlanması;
- Video üzlüklərinin (thumbnail) hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və nəticənin yoxlanılması;
- YouTube Shorts üçün uyğun materialların seçilməsi və müntəzəm paylaşılması;
- Pleylistlərin yaradılması və yenilənməsi, videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi;
- YouTube Analytics vasitəsilə baxış, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin təhlili;
- Kanalın böyüməsi və kontentin nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
- Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya statusunun izlənilməsi, problemlər barədə rəhbərliyin məlumatlandırılması;
- Redaksiya, montaj, dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili.
Tələblər:
- Youtube kanallarının idarə olunması üzrə praktiki təcrübə;
- Youtube Studio və YouTube Analytics ilə işləmək bacarığı;
- Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;
- Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək bacarığı;
- YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında biliklər;
- Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı;
- YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər üstünlükdür.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilər və ya [email protected] ünvanına öz CV-lərini göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Dizayner
Karimli Architectural Bureau
BakıTam Ştat
800 ₼Dünən
Qrafik Dizayner
Odontos LTD
BakıTam Ştat
Müsahibə əsasındaDünən

Graphic Designer
Avropa Azərbaycan Məktəbi
BakıTəcrübə
Müsahibə əsasında25 Noyabr 2026

Senior Qrafik Dizayner
WOOM Marketinq Agentliyi
BakıTam Ştat
Müsahibə əsasında25 Noyabr 2026

Art Direktor
Supertoys
BakıTam Ştat
Müsahibə əsasında25 Noyabr 2026

Videoqraf (Videographer)
FBC MMC
BakıTam Ştat
1000 ₼23 Noyabr 2026
