R

Ramco CJSC

Son tarix: 19 Noyabr 2026

Zəif cərəyan mühəndisi - Ramco CJSC (Bakı, 2026)

MühəndislikBakıTam Ştat19 Oktyabr 202652

1800 ₼

Vakansiya haqqında

Tələblər:

  • Ali təhsil (zəif axın üzrə);
  • Bu sahə üzrə ən azı 5 il iş təcrübəsi;
  • Zəif cərəyan sistemləri, elektrik sxemləri və layihə sənədləri ilə işləmə bacarığı;
  • Müvafiq normativ və standartlar barədə bilik;
  • MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə və diqqətlilik.

Vəzifə öhdəlikləri:

  • Tikinti obyektlərində zəif cərəyan sistemlərinin (video müşahidə, yanğın siqnalizasiyası, giriş-çıxış nəzarəti, telefon və şəbəkə sistemləri və s.) layihə üzrə quraşdırılmasına nəzarət edilməsi;
  • Layihə sənədlərinin zəif cərəyan hissəsinin yoxlanılması və icra olunan işlərin layihəyə uyğunluğunun təmin edilməsi;
  • Zəif cərəyan sistemlərinin kabel xətlərinin çəkilməsi, avadanlıqların quraşdırılması, sazlanması və sınaqdan keçirilməsi;
  • Podratçı və təchizatçılar tərəfindən görülən zəif cərəyan işlərinə texniki nəzarətin aparılması;
  • Tikinti-quraşdırma işlərinin gedişi zamanı yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
  • Görülən işlər üzrə akt və digər icra sənədlərinin hazırlanması və yoxlanılması;
  • Avadanlıq və materiallara olan tələbatın müəyyən edilməsi, texniki xarakteristikalara uyğunluğunun yoxlanılması;
  • Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu
  • Əmək haqqı: 1800 AZN +
  • İş saatları (iş rejimi): 08:30-17:30 (I-V), istirahət günü (şənbə-bazar)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar