Müsahibə əsasında
Vakansiya haqqında
Namizədə olan tələblər:
- Ali təhsil;
- Avtomobil sektorunda, xüsusilə servis və zəmanət proseslərində iş təcrübəsi;
- Avtomobillərin əsas texniki quruluşu və sistemləri haqqında ümumi bilik;
- Zəmanət siyasəti, zəmanət şərtləri və istehsalçı prosedurları ilə işləmə bacarığı;
- Servis proqramları və CRM/DMS sistemləri ilə işləmək bacarığı;
- Azərbaycan dili biliyi səlis, ingilis dili əla səviyyədə;
- MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Avtomobillər üzrə zəmanət müraciətlərini qəbul etmək, yoxlamaq və idarə etmək;
- Servis tərəfindən təqdim olunan zəmanət işlərinin istehsalçı/diler zəmanət şərtlərinə uyğunluğunu yoxlamaq;
- Zəmanət işlərinin və ehtiyat hissələrinin düzgün kodlaşdırılmasına nəzarət etmək;
- Zəmanət müraciətləri üzrə lazımi sənədləri, foto/video materialları və texniki məlumatları toplamaq;
- Zəmanət müraciətlərini istehsalçıya və ya distribütora vaxtında təqdim etmək;
- İstehsalçı tərəfindən təsdiq, rədd və ya əlavə məlumat tələb olunan müraciətləri izləmək;
- Rədd edilmiş zəmanət müraciətlərinin səbəblərini araşdırmaq və zəruri hallarda yenidən baxılması üçün əsaslandırılmış müraciət hazırlamaq;
- Zəmanət çərçivəsində dəyişdirilmiş ehtiyat hissələrinin uçotunu və saxlanmasını təşkil etmək;
- Zəmanət üzrə kompensasiya və ödənişlərin istehsalçıdan alınmasına nəzarət etmək;
- Zəmanət xərcləri və geri ödənişlər üzrə mütəmadi hesabatlar hazırlamaq;
- Zəmanət müraciətlərinin statusunu CRM/DMS sistemində vaxtında yeniləmək;
- Servis, ehtiyat hissələri, texniki mütəxəssislər və satış komandası ilə koordinasiyalı işləmək;
- Təkrarlanan texniki problemləri analiz etmək və rəhbərliyə məlumat vermək;
- İstehsalçının yeni zəmanət qaydaları, texniki bülletenləri və prosedurlarını izləmək və servis komandasına çatdırmaq;
- Zəmanət müddətində olan avtomobillərlə bağlı müştəri müraciətlərinin düzgün istiqamətləndirilməsini təmin etmək;
- Zəmanət üzrə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
İş şərtlərimiz:
- İş yeri: Üzeyir Hacıbəyli küç 157C
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Zəmanət meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2591&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar

Təmizlik meneceri (Cleaning Manager)
TAİS İKF
BakıTam Ştat
Müsahibə əsasındaDünən

Hüquqi Məsələlər departamentinin Korporativ İdarəetmə və Hesabatlılıq şöbəsinin Kargüzarlıq, Arxiv və Asistentlər qrupunun Kiçik mütəxəssisi
PASHA Bank
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026

Manager Assistant / Office Manager
Celt Colleges
BakıYarım Ştat
Müsahibə əsasında26 Noyabr 2026

Daxili təmir-tamamlama işləri üzrə layihə meneceri
Demiragac Engineering
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026

Təmizlik işçisi
Ganjali Plaza Hotel
BakıTam Ştat
650 ₼26 Noyabr 2026

İdarə Heyəti üzvünün köməkçisi
PASHA Life
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026
