M

Metal Trade MMC

Son tarix: 1 Oktyabr 2026

3 Fazalı elektrik və güc elektronikası mütəxəssisi

İnşaat və MemarlıqBakıTam Ştat1 Sentyabr 202621

Müsahibə əsasında

Vakansiya haqqında

- Metal Trade MMC sənaye istehsal müəssisəsində fəaliyyət göstərən elektrik sistemləri və avadanlıqlarının diaqnostikası, təmiri və texniki xidməti üçün yüksək təcrübəli 3-fazalı elektrik / güc elektronikası mütəxəssisi axtarır

- İş yeri: Sənaye istehsal müəssisəsi
- Əmək haqqı və iş şərtləri: Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
- Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62

Tələblər:

Təhlükəsizlik üzrə tələblər

- ⁠Elektrik təhlükəsizliyi qaydalarını yüksək səviyyədə bilməlidir;
-⁠  ⁠Yüksək gərginlikli sistemlərdə təhlükəsiz iş qaydalarına əməl etməlidir;
-⁠  ⁠Dielektrik əlcək, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin düzgün istifadəsini bilməlidir;
-⁠  ⁠İşlədiyi gərginlik sinfinə uyğun elektrik təhlükəsizliyi üzrə müvafiq buraxılış/qrupla bağlı tələblərə cavab verməlidir.

Üstünlük veriləcək namizədlər

- ⁠Zavod, fabrik, metallurgiya və digər ağır sənaye istehsal müəssisələrində uzunmüddətli praktiki təcrübəsi olan;
-⁠  ⁠Sənaye istehsal xətləri və böyük güclü elektrik mühərrikləri ilə işləmiş;
-⁠  ⁠Elektriklə yanaşı elektronika və sənaye avtomatlaşdırmasını yaxşı bilən;
-  ⁠VFD, PLC və sənaye idarəetmə   istemlərində real nasazlıqları müstəqil şəkildə tapıb aradan qaldıra bilən;
-⁠  ⁠Transformator və yüksək güclü 3-fazalı sistemlərlə praktiki iş təcrübəsi olan;
-⁠  ⁠Uzun illər sahədə çalışmış, nəzəri biliklə yanaşı güclü praktiki usta/mühəndis təcrübəsinə malik şəxslər.

 

Vəzifə öhdəlikləri:

- Namizəd aşağıdakı sahələrdə praktiki və peşəkar təcrübəyə malik olmalıdır

- ⁠3-fazalı AC elektrik sistemləri, yüksək gərginlikli və böyük güclü elektrik dövrələri ilə işləmək;
-  ⁠Güc elektronikası üzrə bilik və praktiki təcrübə;
- ⁠İnvertor, konverter, düzləndirici (rectifier) və tezlik çeviricilərinin (VFD) diaqnostikası, sazlanması və təmiri;
- ⁠3-fazalı asinxron və sinxron elektrik mühərriklərinin idarəetmə, qoşulma və qorunma sistemləri;
-⁠  ⁠Elektrik mühərriklərində və onların idarəetmə dövrələrində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
- ⁠Rele mühafizəsi, avtomat açarlar, kontaktorlar, termik relelər, faza itkisi və faza ardıcıllığı releləri ilə işləmək;
- ⁠Elektrik şkafları, idarəetmə panelləri və güc dövrələrinin elektrik sxemlərini oxumaq və nasazlığı sxem üzrə izləmək;
- ⁠PLC (Proqramlaşdırıla bilən Məntiqi Kontroller) sistemlərinin 3-fazalı güc dövrələri ilə inteqrasiyasını anlamaq və sənaye avtomatlaşdırma sistemlərində nasazlıq axtarışı aparmaq;
- ⁠Multimetr, meqometr və ossiloqraf vasitəsilə ölçmə və peşəkar diaqnostika aparmaq;
- ⁠Transformatorlar, elektrik mühərrikləri və digər sənaye elektrik avadanlıqlarında nasazlıqları müəyyən etmək;
- ⁠Elektrik və elektronika mənşəli nasazlığı mexaniki nasazlıqdan düzgün ayırd edə bilmək;
- ⁠Sənaye avadanlığında yaranmış nasazlığın səbəbini müəyyən edib yalnız müvəqqəti deyil, texniki cəhətdən düzgün və davamlı həllini tətbiq etmək;
- ⁠Profilaktik texniki baxış və avadanlıqların elektrik hissəsinin vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək.

Oxşar vakansiyalar