S
Sos Media AZ
Ailə sürücüsü
1000 ₼
Vakansiya haqqında
Ərazi: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Yol hərəkəti qaydalarına riayət etmək;
- Ailə sürücüsü olaraq, uşaqları məktəbə, bağçaya aparıb-gətirmək, ailə üzvlərini tələb olunan digər ünvanlara aparıb-gətirmək;
- Ailə üçün lazımı mal və məhsulların alınmasını həyata keçirmək;
- Rəhbər şəxsin bütün göstərişlərini ciddi şəkildə yerinə yetirmək, avtomobilin vaxtında çatdırılmasını təmin etmək;
- Sərnişinlərin həyat və sağlamlığının təhlükəsizliyini, yükün təhlükəsizliyini və avtomobilin texniki cəhətdən sağlam vəziyyətini maksimum dərəcədə təmin etməklə, avtomobilin düzgün, peşəkar, rəvan idarə olunmasını (kəskin əyləclər, manevrlər, siqnallar və s. olmadan) təmin etmək;
- Avtomobili texniki saz vəziyyətdə saxlamaq, vaxtında servis mərkəzində texnoloji təchizatını təmin etmək və texniki baxışdan keçirmək;
- Mexanizmlərin sökülməsini tələb etməyən istismar zamanı yaranan xırda nasazlıqları aradan qaldırmaq;
- Avtomobilin təmiri ilə əlaqədar şübhəli suallar yaranan zaman işəgötürən ilə həmin məsələləri müzakirə etmək;
- Avtomobili təmiz vəziyyətdə saxlamaq (içəridən və çöl tərəfdən). Səfər başa çatdıqdan sonra zibili və natamam (içilməyən) suyu tullamaq, yuyulma zamanı avtomobili nəzarətsiz qoymamaq, maşını yuyanların işinə nəzarət etmək;
- Nəqliyyat sənədlərini müəyyən olunmuş qaydada hazırlamaq;
- Rəhbərliyin göstərişinə əsasən, optimal hərəkət marşrutlarını seçmək, marşrutdan yayınma hallarına yol verməmək, hər zaman təyinat ünvanı məlum olan halda belə, səfər üçün naviqatordan (waze) istifadə etmək;
- Xidməti avtomobildən şəxsi məqsədlər üçün istifadəyə yol verməmək;
- Rəhbərliyin razılığı olmadan xidməti avtomobilin idarə olunmasına və təmirinə yol verməmək;
- İş vaxtı bitdikdən sonra xidməti avtomobilin texniki təchizatını, parklanmasını və mühafizəyə təhvil verilməsini təmin etmək;
- Lazım gələrsə, ofisin ehtiyacları üçün mal və məhsulların alınmasını həyata keçirmək;
- İstehsal zərurəti yaranarsa, şirkətin rəhbərliyi ilə vaxtında razılaşmaqla, başqa işləri yerinə yetirmək.
Namizədə tələblər:
- B kateqoriyalı avtomobili idarə etmək hüququ verən sənəd (vəsiqə).
- Ailə sürücüsü kimi ən azı 3 il iş təcrübəsi;
- Rus dili biliyi arzuolunandı;
- Ziyanlı vərdişləri (siqaret, alkoloq və s.) olmamalı;
- Waze proqramında işləmək bacarığı;
- Yol hərəkəti qaydaları və avtomobillərin texniki istismarı qaydaları haqqında biliklər;
- Diqqətlilik, dəqiqlik, strsessə davamlılıq, təmizkarlıq, məsuliyyət, təşəbbüskarlıq, davamlılıq, mehriban və peşəkar davranış;
- Diplomatiklik, məxfi məsələlərdə ehtiyatlılıq və təmkinlilik nümayiş etdirmək;
- Bakının mərkəzinə yaxın ərazilərdə (Badamdar qəsəbəsi) yaşayanlara üstünlük verilir.
Əmək şəraiti:
- Əmək haqqı – 1000 AZN + əlavə iş saatları ödənilir.
- Avtonəqliyyat və yanacaq Şirkət tərəfindən təşkil edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
M
Bugün
Satınalma üzrə mütəxəssis
Med Product • Bakı
Tam Ştat
800 ₼Müraciət et
K
Bugün
Çatdırılma xidməti üzrə fəhlə (Bakı)
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Sürücü
Koroğlu MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
R
Bugün
Anbardar
RD Smart QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Beynəlxalq Satınalma və Məhsul İnkişafı üzrə Mütəxəssis
MedProduct • Bakı
Tam Ştat
800 ₼Müraciət et
O
Bugün
Sürücü Ekspeditor
Organica (qida məhsulu istehsalı) • Bakı
Tam Ştat
700 ₼Müraciət et