M

MedProduct

Son tarix: 26 Sentyabr 2026

Beynəlxalq Satınalma və Məhsul İnkişafı üzrə Mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat26 Avqust 202653

800

Vakansiya haqqında

Şirkət: MedProduct MMC

Fəaliyyət sahəsi: Tibbi cihazlar, stomatoloji məhsullar

Med Product MMC tibb və stomatologiya sektorunda fəaliyyət göstərən idxal, distribusiya və marketinq şirkətidir. Şirkətimizin stomatoloji məhsullar üzrə portfelinin genişləndirilməsi məqsədilə komandamıza məsuliyyətli, təşəbbüskar və analitik düşüncəyə malik “Beynəlxalq Məhsul İnkişafı və Satınalma üzrə Mütəxəssis” axtarırıq.

Əmək haqqı: 800 - 1000 (Gross)

İş yeri: Səttar Bəhlulzadə küçəsi 111, Bakı, Azərbaycan

Əgər təşəbbüskar və məsuliyyətlisinizsə, beynəlxalq biznes və səhiyyə/stomatologiya sahəsinə maraqlı birisinizsə, təcrübəniz olmasa belə, CV-nizi gözləyirik.

 

Tələblər:

 

  1. Bakalavr təhsili.
  2. İngilis dili üzrə yüksək səviyyədə bilik (minimum B2), həm yazılı, həm də şifahi.
  3. Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı.
  4. Yüksək məsuliyyətlilik, punktuallıq və detallara diqqət.
  5. Güclü analitik və tənqidi düşünmə qabiliyyəti.
  6. Müstəqil araşdırma aparmaq və müxtəlif mənbələrdən əldə olunan məlumatları təhlil etmək bacarığı.
  7. Xarici istehsalçılar və biznes tərəfdaşları ilə peşəkar ünsiyyət qurmaq bacarığı.
  8. Microsoft Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yaxşı səviyyədə bilmək.
  9. Stomatoloji məhsullar və beynəlxalq ticarət sahələrini öyrənməyə maraq.
  10. Yalnız xanım namizədlər

 

Vəzifə öhdəlikləri:

  1. Stomatoloji məhsul istehsalçılarını, təchizatçıları və potensial tərəfdaşları dünyanın müxtəlif ölkələrində ətraflı araşdırmaq və müəyyən etmək.
  2. Şirkətin stomatoloji məhsul portfelinin genişləndirilməsi üçün innovativ, keyfiyyətli və bazar potensialı yüksək olan yeni məhsulların axtarışını aparmaq.
  3. Xarici istehsalçı və təchizatçılarla e-mail, video görüşlər və digər kommunikasiya vasitələri ilə əlaqə yaratmaq və işgüzar münasibətlər qurmaq.
  4. Potensial istehsalçıları və məhsulları keyfiyyət, qiymət, sertifikatlar, qeydiyyat tələbləri və bazar potensialı baxımından qiymətləndirmək.
  5. Potensial əməkdaşlıq, qiymətlər, minimum sifariş miqdarı, kommersiya şərtləri və digər əməkdaşlıq məsələləri üzrə danışıqlar aparmaq.
  6. Potensial sifarişləri və məhsul seçimlərini şirkətin daxili Satış Komandası və Direktor ilə müzakirə və koordinasiya etmək.
  7. Məhsulların qeydiyyatı üçün tələb olunan texniki və normativ sənədləri toplamaq, yoxlamaq və prosesə nəzarət etmək.
  8. İdxal və logistika proseslərini, o cümlədən gömrük brokeri, logistika şirkətləri və digər aidiyyəti tərəflərlə əlaqələri koordinasiya etmək.
  9. Yüklərin daşınmasını izləmək və idxal və logistika üçün tələb olunan sənədlərin düzgün hazırlanmasını təmin etmək.
  10. Davam edən layihələri, istehsalçı və təchizatçılarla yazışmaları, qeydiyyat proseslərini və sifarişləri izləmək.
  11. Görülən işlər, danışıqlar, qeydiyyat prosesləri, sifarişlər və digər fəaliyyətlər barədə Direktora gündəlik hesabat təqdim etmək.

Oxşar vakansiyalar