P

PASHA Insurance

Son tarix: 2 Noyabr 2026

Aktuari Nəzarət üzrə mütəxəssis / kiçik mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTəcrübə2 Oktyabr 202671

Müsahibə əsasında

Vakansiya haqqında

Aktuari Nəzarət üzrə mütəxəssis / kiçik mütəxəssis

Vakansiya haqqında məlumat:

PAŞA Sığorta ASC namizədləri Aktuari Nəzarət üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu rol sığorta tariflərinin və texniki ehtiyatların adekvatlığının aktuari baxımından qiymətləndirilməsi, sığorta portfelinin zərərliliyinin təhlili və təkrarsığorta təminatlarının optimallaşdırılması üçün məsuliyyət daşıyır. Mütəxəssis aktuari nəzarəti sahəsində daxili qaydaların və metodoloji sənədlərin hazırlanmasında iştirak edərək şirkətin maliyyə sabitliyinin və risklərin idarə olunması effektivliyinin artırılmasına töhfə verəcəkdir.

Öhdəliklər

  • Sığorta tariflərinin, tarif bazasının və onların iqtisadi əsaslandırılmasının aktuari baxımından qiymətləndirilməsini və təhlilini aparmaq;
  • Sığorta öhdəlikləri üzrə texniki ehtiyatların (rezervlərin) yaradılması metodologiyasının və adekvatlığının qiymətləndirilməsində iştirak etmək;
  • Sığorta portfelinin zərərliliyini və yüksək zərərli risklərin cəlbi üzrə prosedurların effektivliyini təhlil etmək;
  • Böhran ssenariləri zamanı təkrarsığorta müqavilələri üzrə gözlənilən maksimum təminat məbləğlərini təhlil etmək;
  • Aktuari nəzarəti sahəsində normativ hüquqi aktların, metodiki göstərişlərin və daxili qaydaların layihələrinin hazırlanmasında iştirak etmək;
  • Aparılan təhlillərin nəticələri üzrə arayışlar, rəylər və analitik materiallar hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Aşkar edilmiş uyğunsuzluqlar və risklər barədə rəhbərliyi məlumatlandırmaq və onların aradan qaldırılması üzrə təkliflər vermək.

Bilik və Bacarıqlar

  • Sığorta və aktuari fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər;
  • Aktuari hesablamalarının metodologiyası və texniki ehtiyatların hesablanması üsulları;
  • Sığorta risklərinin qiymətləndirilməsi və tarif hesablamalarının prinsipləri;
  • Dil bilikləri: Azərbaycan, İngilis.

Təhsil və Təcrübə

  • Aktuari, sığorta, maliyyə nəzarəti və ya müvafiq sahədə ali təhsil;
  • Aktuari, sığorta, maliyyə nəzarəti və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə beynəlxalq sertifikatların olması arzuolunandır.

Biz Sizə Təklif Edirik

Dəyər yaradan işlər

  • Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.

Birlikdə güclənən komanda

  • Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.

Davamlı inkişaf imkanları

  • Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.

Etimada əsaslanan iş mühiti

  • Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

PASHA Insurance OJSC invites candidates to apply for the position of Actuarial Control Junior Specialist / Specialist and become a member of our professional team.

This role is responsible for the actuarial assessment of insurance tariffs and the adequacy of technical reserves, analyzing the loss ratio of the insurance portfolio, and optimizing reinsurance coverage. The specialist will contribute to enhancing the company's financial stability and risk management effectiveness by participating in the development of internal regulations and methodological documents in the field of actuarial control.

Responsibilities

  • Conduct actuarial assessment and analysis of insurance tariffs, tariff bases, and their economic justification;
  • Participate in evaluating the methodology and adequacy of creating technical reserves for insurance liabilities;
  • Analyze the loss ratio of the insurance portfolio and the effectiveness of procedures for attracting high-loss risks;
  • Analyze the maximum expected coverage amounts under reinsurance contracts during crisis scenarios;
  • Participate in drafting regulatory legal acts, methodological guidelines, and internal rules in the field of actuarial control;
  • Prepare and submit reports, opinions, and analytical materials on the results of analyses to management;
  • Inform management about identified non-conformities and risks, and provide proposals for their elimination.

Knowledge and Skills

  • Knowledge of legislation regulating insurance and actuarial activities;
  • Methodology of actuarial calculations and methods for calculating technical reserves;
  • Principles of insurance risk assessment and tariff calculations;
  • Language skills: Azerbaijani, English.

Education and Experience

  • Higher education in actuarial science, insurance, financial control, or a related field;
  • A minimum of 2 years of work experience in actuarial science, insurance, financial control, or a related field;
  • International certificates in a relevant field are desirable.

What We Offer

Meaningful Work

  • Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.

A Team That Grows Together

  • Opportunity to work in a professional, supportive, and collaborative team environment.

Continuous Development Opportunities

  • Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.

A Trust-Based Work Environment

  • A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.

Only candidates who meet the initial selection criteria will be contacted.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

Oxşar vakansiyalar